Rusiya prezidenti Vladimir Putin video oyunlar oynayıb-oynamadığı sualına zarafatla cavab verib.
Elchi.az Vesti.ru-ya istinadən xəbər verir ki, Putin bu barədə “Zotov” mərkəzindəki sərgiyə baxış zamanı açıqlama verib.
Video oyun sənayesinin inkişafı üzrə təşkilatın rəhbəri Vasili Ovçinnikov Putindən həftə sonları video oyunlar oynayıb-oynamadığını soruşub:
“Mən həftə içi oynayıram”,-deyə Putin qeyd edib.
Xatırladaq ki, “Zotov” mərkəzinə səfəri zamanı dövlət başçısı konkret layihələrlə də tanış olub, onların nümayəndələri və tərtibatçıları ilə söhbət edib.
Yeganə