Qananın Aşanti əyalətində qızıl mədənində quyunun qeyri-qanuni giriş nöqtələrinin bağlanmasından sonra onlarla qeyri-qanuni mədənçi qapalı qalıb.
Elchi.az xəbər verir ki, milli medianın məlumatına görə, qeyri-qanuni mədənçilər Aşanti əyalətinin Anviam bölgəsindəki qeyri-qanuni giriş nöqtələrindən istifadə edərək AngloGold-un Obuasi Qızıl Mədənində qızıl axtarışına çıxıblar.
AngloGold qeyri-qanuni yerləri bağladığı zaman onlarla qeyri-qanuni mədənçi qapalı qalıb.
Şirkətdən verilən məlumata görə, qeyri-qanuni mədənçilərin mədənin yerləşdiyi ərazilərdə qapalı qala biləcəyinə dair xəbərlərdən xəbərdar olub.
“Obuasi Qızıl Mədəninin idarə heyəti bu barədə müvafiq orqanlara və ictimai təhlükəsizlik xidmətlərinə məlumat verib və onlarla sıx əməkdaşlıq edir”, – məlumatda deyilib.
Tarixdə “Qızıl Körfəz” adlandırılan Qana Afrikanın ən böyük qızıl istehsal edən ölkələri sırasındadır.
Ölkədə qeyri-qanuni mədən işlərinin davam etdirilməsi həm təbiətə ziyan vurur, həm də mədənlərdəki çuxurlar ölümlə nəticələnir.
Milli Qeyri-qanuni Mədən İşçi Qrupu Qanada qanunsuz mədən işlərinin qarşısını almaq üçün 3 il əvvəl yaradılıb.
Nuranə Məmmədova