Xüsusilə, Sumı və Xarkov vilayətlərində sirenlər səslənib
Elchi.az xəbər verir ki, Ukraynada, eyni anda bir neçə bölgədə, 6 fevral 2023-cü il axşam saatlarında hava xəbərdarlığı elan edildi.
Bunu Ukrayna Rəqəmsal Transformasiya Nazirliyinin onlayn xəritəsinin məlumatları sübut edir.
Belə ki, ölkənin Sumı, Xarkov, Poltava və Dnepropetrovsk vilayətlərində, eləcə də Zaporojye vilayətinin Kiyevin nəzarətində olan hissəsində sirenlər səslənib.
Bundan əvvəl Ukraynanın üç regionunda – Dnepropetrovsk, Poltava və Xarkovda yenidən hava xəbərdarlığının elan edildiyi bildirilirdi. Yerli hakimiyyət əhaliyə sığınacaqları tərk etməməyi tövsiyə edib.
Həmçinin yanvarın sonunda Ukraynanın bir neçə bölgəsində bir anda hava xəbərdarlığı elan edilib. Ölkənin cənubundakı Nikolayev və Odessa vilayətlərində sirenlər səslənib. Bu arada yerli hakimiyyət orqanları öz Telegram kanallarında sakinlərə təhlükə barədə xəbərdarlıq edərək onları təhlükəsiz yerlərdə və ya sığınacaqlarda qalmağa çağırıb.
Şayəstə