Ukraynanın Donbas, Krivbas, Sülhməramlı, İvano-Frankovsk, Volın və Dnepr-1 taborları İlovaysk yaxınlığında mühasirəyə düşüblər
Axar.az xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayətinin milli müdafiə qərargahından məlumat verilib.
“İlovaysk ətrafında vəziyyət dəyişilməz olaraq qalır. Donbas, Krivbas, Sülhməramlı, İvano-Frankovsk, Volın və Dnepr-1 taborları mühasirədədir. Troitsk və Xarçızsk tərəfdən “Qrad”larla atəş açılır. Fedorovka tərəfdən isə özüyeriyən artilleriya qurğuları taborları atəşə tutur” – məlumatda bildirilib.
Gecəyə olan məlumata görə, Dnepr-1 taboru itki verməyib, yaralılar var.
Hadisə ilə bağlı Dnepr-1 taboru Prezident Pyotr Poroşenko və Müdafiə naziri Valeri Qeleteydən təcili kömək istəyib.
İlovayskdakı vəziyyətlə bağlı Donbas taborunun komandiri Semyon Semyonçenko da məlumat verib. Onun sözlərinə görə, İlovayskı azad edən Ukrayna ordusu mühasirəyə düşüb.