"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home DÜNYA

Ukraynanı dağıdan QRU polkovniki: “Kakoy-nibud Surət Hüseynov…”

17 Fevral 2015 - 00:10
in DÜNYA
FacebookVatsap

Ukraynanı dağıdan QRU polkovnikiƏvvəlcə Krımda, daha sonra Donbasda diversiya əməliyyatlarına başlayaraq Ukraynanı dağıdan QRU polkovniki İqor Strelkov (Girkin) fevralın 12-də Minskdə əldə edilmiş atəşkəs razılaşmasının ömrünün uzun olmayacağını deyib.

Virtualaz.org saytı xəbər verir ki, Strelkov “Rosbalt”a müsahibəsində müharibəni ancaq “Kiyevi faşistlərdən azad edəndən sonra” dayandırmağın mümkünlüyünü bildirib, həmçinin Azərbaycandan da misal gətirib və qiyamçı keçmiş baş nazir Surət Hüseynovun adını çəkib.

Bunu da oxuyun

Astronomlardan kosmosda misilsiz kəşf

ABŞ 60-dan çox ölkəyə yeni tariflər tətbiq edir

Yumurtalarda ölümcül salmonella şübhəsi! Tonlarla məhsul geri çağırıldı

“Bütün bu danışıqlar, əldə edilən razılaşma hərbi planda hər hansı nəticəyə səbəb ola bilməz. Orada diqqəti cəlb edən yeganə hal o oldu ki, Vladimir Vladimiroviç sülhün əldə edilməsi naminə çox ciddi güzəştlərə getməyə hazır olduğunu nümayiş etdirdi. Lakin hesab edirəm ki, razılaşmanın əsas şərtinə – atəşkəsə Ukrayna tərəfi əməl etməyəcək və nəticədə əldə olunmuş bütün razılaşmalar avtomatik olaraq pozulacaq”- deyə QRU diversantı bildirib.

Xatırladaq ki, Strelkov ötən ilin avqustuna qədər “Donetsk Xalq Respublikası”nın “müdafiə naziri” olub, daha sonra naməlum səbəblərdən geriyə – Moskvaya çağırılıb. Hazırda o, əsasən Ukraynada baş verənlərə dair siyasi şərhlərlə çıxış edir.

İqor Strelkov

Strelkovun sözlərinə görə, müharibə hələ öz pik nöqtəsinə çatmayıb və hələ heç kim bunu dərk etmək istəmir. O, hər iki tərəfin müharibəyə cəlb etdiyi qüvvələrin artdığını, Ukraynanın əvvəlcə Donbası, daha sonra Krımı geri qaytarmaq niyyətindən əl çəkməyəcəyini deyib.

QRU polkovnikinin fikrincə, ötən ilin payızında Rusiya rəhbərliyi tərəfindən çox ciddi səhvlərə yol verilib. Birincisi, “Novorossiya”nın Rusiyaya birləşdirilməsi imkanı əldən buraxılıb, ikincisi, hücum əməliyyatları dayandırılıb və Kiyevdəki “xunta”nı devirmək şansı qaçırılıb.

Strelkov deyib ki, Ukrayna tərəfinin atəşkəs razılaşmasına əməl etməyəcəyinə tam əmindir. Nəticədə Donetsk və Luqanskın rəhbərləri də analoji addım atmalı olacaq.

QRU polkovniki 4 ay əvvəl Minskdə əldə edilmiş birinci razılaşmanın şərtlərinin heç vaxt yerinə yetirilmədiyini, Ukrayna ordusunun “Qrad”larla, toplarla, tanklarla cavab verdiyini deyib: “Bəs əminlik haradandır ki, bu dəfə onlar nəsə edəcəklər və silahları geri çəkəcəklər?”

Strelkovun sözlərinə görə, o, müxtəlif keyfiyyətlərdə cəbhədə olmuş adam kimi deyə bilər ki, əgər döyüşən tərəflərdən heç biri özünü uduzmuş hesab etmirsə, onları ayırmaq üçün sülhməramlılar qismində üçüncü qüvvə lazımdır. Minsk razılaşmasında isə sülhməramlılar haqda heç nə deyilmir və deməli, bu razılaşmanı yerinə yetirmək texniki baxımdan mümkün deyil.

“Döyüşü davam etdirməyə hazır olan adamlar həmişə tapılacaq, xüsusən də Ukrayna tərəfindən”- Strelkov bildirib.

QRU polkovniki artıq Ukrayna batalyonlarından birinin komandiri Yaroşun atəşkəsə əməl etməyəcəyinə dair açıqlama verdiyini xatırladıb.

Strelkovun sözlərinə görə, Kiyevdə dövlət çevrilişi nəticəsində formalaşmış indiki hakimyyət qaldıqca müharibə bu və ya digər formada davam edəcək: “Ancaq Ukraynanın bu hakimiyyətdən azad edilməsindən və yeni hakimiyyətin formalaşmasından sonra hansısa sərhədlərdən, məsələn, Ukrayna ilə Novorossiya, yaxud Qərbi Ukrayna ilə Novorossiya arasında sərhədlərdən danışmaq olar”.

Surət Hüseynov 1993-cü il qiyamından sonra

QRU polkovniki qondarma “Luqansk və Donetsk xalq respublikalarında” silahlı müxalifətin meydana çıxması imkanlarından da danışıb. O, təsdiq edib ki, hər iki qondarma “respublikada” rəhbərliyə qarşı çıxan silahlı qruplar mövcuddur. Buna baxmayaraq Donetskdə müxalifət hesab edilənlərin hamısı vahid ordunun tərkibindədir, onların müxalifətçiliyi sözlü tənqid formasındadır.

Strelkov bu zaman Azərbaycandan misal gətirib: “Hərbi işdə əgər söhbət səhra komandirlərinin etiraz çıxışlarından gedirsə, bu, o deməkdir ki, hansısa Surət Hüseynov kimi tankın üstünə çıxıb çıxış edirlər. Sadəcə olaraq tənqid etmək isə etiraz hərəkəti deyil, narazılığın ifadə olunmasıdır. Donetskdə isə mən belə etiraz çıxışı edəni tanımıram”.

Previous Post

Ukraynanı dağıdan QRU polkovniki: “Kakoy-nibud Surət Hüseynov…”

Next Post

Hüseynqulu Bağırovun Qərb Universitetindən şikayət

Bənzər yazılar

Astronomlardan kosmosda misilsiz kəşf

Astronomlardan kosmosda misilsiz kəşf

24 İyul 2026 - 11:02

Astronomlar Günəş Sistemindən kənarda olan obyektlərin kateqoriyaları ilə bağlı müzakirələri yenidən gündəmə gətirən qeyri-adi bir səma cismi kəşf ediblər. CD-35...

ABŞ 60-dan çox ölkəyə yeni tariflər tətbiq edir

ABŞ 60-dan çox ölkəyə yeni tariflər tətbiq edir

24 İyul 2026 - 10:55

ABŞ Prezidenti Donald Tramp mövcud müvəqqəti tariflərin müddəti bitdiyindən onlarla ticarət tərəfdaşına yeni, ikirəqəmli tariflər tətbiq edir. Elchi.az xəbər verir ki, ABŞ...

Yumurtalarda ölümcül salmonella şübhəsi! Tonlarla məhsul geri çağırıldı

Yumurtalarda ölümcül salmonella şübhəsi! Tonlarla məhsul geri çağırıldı

24 İyul 2026 - 10:48

ABŞ Qida və Dərman Administrasiyası (FDA), salmonella çirklənməsi ehtimalı səbəbindən milyonlarla yumurtanın geri çağırıldığını açıqladı. Elchi.az xəbər verir ki, FDA-nın yazılı açıqlamasına...

Avropada həddindən artıq isti və meşə yanğınları: Minlərlə insan təxliyə edilib

Avropada həddindən artıq isti və meşə yanğınları: Minlərlə insan təxliyə edilib

24 İyul 2026 - 10:40

Cənubi Avropanı əhatə edən və temperaturun 44 dərəcə Selsidən çox olduğu isti dalğası bir çox ölkədə, xüsusən də İtaliya, İspaniya...

Next Post

Hüseynqulu Bağırovun Qərb Universitetindən şikayət

Hüseynqulu Bağırovun Qərb Universitetindən şikayət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Britaniyadan İrana mesaj: Özümüzü müdafiə etməyə hazırıq

Britaniyadan İrana mesaj: Özümüzü müdafiə etməyə hazırıq

24 İyul 2026 - 11:14
Astronomlardan kosmosda misilsiz kəşf

Astronomlardan kosmosda misilsiz kəşf

24 İyul 2026 - 11:02
Azərbaycan lideri Şavkat Mirziyoyevə zəng edib

Azərbaycan lideri Şavkat Mirziyoyevə zəng edib

24 İyul 2026 - 10:57
ABŞ 60-dan çox ölkəyə yeni tariflər tətbiq edir

ABŞ 60-dan çox ölkəyə yeni tariflər tətbiq edir

24 İyul 2026 - 10:55
Yumurtalarda ölümcül salmonella şübhəsi! Tonlarla məhsul geri çağırıldı

Yumurtalarda ölümcül salmonella şübhəsi! Tonlarla məhsul geri çağırıldı

24 İyul 2026 - 10:48
Avropada həddindən artıq isti və meşə yanğınları: Minlərlə insan təxliyə edilib

Avropada həddindən artıq isti və meşə yanğınları: Minlərlə insan təxliyə edilib

24 İyul 2026 - 10:40
Nəzarətdən çıxan süni intellekt ABŞ-də narahatlıq yaratdı

Nəzarətdən çıxan süni intellekt ABŞ-də narahatlıq yaratdı

24 İyul 2026 - 10:31
FHN-dən əhaliyə müraciət – VİDEO

FHN həftəsonu gözlənilən istilərlə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib

24 İyul 2026 - 10:23
Cəfəri ilə bağlı epidemiya xəbərdarlığı: Yoluxma sayı artır

Cəfəri ilə bağlı epidemiya xəbərdarlığı: Yoluxma sayı artır

24 İyul 2026 - 10:17
Google üç yeni süni intellekt modelini təqdim edir

Google üç yeni süni intellekt modelini təqdim edir

24 İyul 2026 - 10:09
Xəzərdə batan 3 nəfərin axtarışları davam edir – VİDEO

Xəzərdə batan 3 nəfərin axtarışları davam edir – VİDEO

24 İyul 2026 - 09:56
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Qızıl və gümüş yenidən ucuzlaşıb

24 İyul 2026 - 09:43
“Brent” nefti 60 dollara qədər ucuzlaşa bilər

Azərbaycan neftinin qiyməti 109 dolları ötüb

24 İyul 2026 - 09:34
Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

24 İyul 2026 - 09:25
İran Türkiyəyə qaz ixracını dayandırdı

Əmtəə birjasında təbii qazın dəyəri artıb

24 İyul 2026 - 09:13
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.