Ukrayna Ali Radanın deputatı Aleksey Qonçarenko hesab edir ki, Ukrayna NATO-ya üzv olmaq üçün itirdiyi ərazilərdən imtina etməlidir.
Elchi.az TASS.ru-ya istinadən xəbər verir ki, o, bu barədə “The Telegraph” nəşrinə müsahibəsində bildirib.
“Mən hesab edirəm ki, düzgün və daha real ardıcıllıq Ukraynanın nəzarətində olan ərazinin NATO-ya üzvlüyü olmalıdır”, – deyə Qonçarenko nəşrə bildirib.
Onun sözlərinə görə, Kiyev NATO-ya üzv ola bildikdən sonra itirilmiş ərazilərin qaytarılması cəhdləri başlayacaq. Eyni zamanda, Qonçarenko Ukraynanın yalnız münaqişədən sonra Şimali Atlantika Alyansına qoşulması ilə bağlı ölkədə formalaşan mövqeyi yanlış adlandırıb.
Məqalə müəllifi təklif edib ki, ukraynalı deputatın bu sözləri NATO-ya üzvlük müqabilində ərazilərdən imtina etmək mənasını verə bilər.
Lakin bir müddət sonra Ali Radanın xalq deputatı öz Teleqram kanalında tələsik sözlərindən geri çəkilməyə başladı və dedi ki, o, guya başqa nəsə nəzərdə tutur, yəni ölkəyə NATO üzvlüyünə indi verilməlidir.
Yeganə