Bu gün Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Dördüncü İqlim Həftəsinin ilk günü başa çatıb.
Elchi.az xəbər verir ki, sentyabrın 11-dək davam edəcək tədbirin ilk günü “Enerji keçidi, iqlim maliyyələşməsi və sənayenin karbonsuzlaşdırılması” mövzusuna həsr olunub.
Gün ərzində sözügedən mövzu çərçivəsində “Bakıdan COP31-ə: Parçalanmış dünyada impulsu qorumaq”, “İnnovasiya, rəqəmsal texnologiyalar və regional əməkdaşlıq vasitəsilə yaşıl enerji sənayesinin irəlilədilməsi”, “Metanın azaldılmasının sürətləndirilməsi: aşkaretmədən fəaliyyətə” və “Karbon bazarı müzakirəsi: karbon bazarları vasitəsilə iqlim maliyyələşməsinin açılması” adlı sessiyalar keçirilib.
Qeyd edək ki, tədbir Azərbaycan Xarici İşlər Nazirliyinin ev sahibliyi ilə təşkil olunur.
***
09:47
Bu gün Bakıda Azərbaycan Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi (CW4) başlayıb.
tədbir sentyabrın 11-dək davam edəcək.
Qeyd edək ki, bu günlər ərzində Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 da (BCAW 2026) baş tutacaq tədbirlər iqlim qərarlarının praktiki icrası, beynəlxalq əməkdaşlıq və COP31 ərəfəsində iqlim fəaliyyətinin gücləndirilməsinə həsr olunacaq.

.jpg)
.jpg)


.jpg)


.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)






.jpg)
.jpg)
.jpg)


















