Ukraynanın Dövlət Dil Standartları üzrə Milli Komissiyası qeyri-rəsmi mətnlərdə “Rusiya”, “Rusiya Federasiyası” və “Moskva” sözlərinin kiçik hərflərlə yazılmasına icazə verib.
Elchi.az bu barədə Mk.ru-ya istinadən xəbər verirş
Ukrayna xəbər agentliyinin məlumatına görə, söhbət həm də “Moskva Krallığı”, “Rusiya İmperiyası”, “Rusiya Federasiyasının Dövlət Duması” və digər sözlərdən gedir.
Milli Komissiyanın bəyanatında deyilir ki, bu sözlərin kiçik hərflə yazılması Ukrayna dilinin normasından kənara çıxmayacaq. Amma söhbət qeyri-rəsmi xarakterli mətnlərdən gedir.
Bundan əvvəl Ukraynanın təhsil naziri Oksen Lisovoy “Rusiya Federasiyası” sözlərinin böyük hərflərlə yazılması barədə əmr imzalayıb və bunu Ədliyyə Nazirliyinin tələbi ilə izah edib.
Yeganə