Ukraynada prezident seçkilərinin nə vaxt keçiriləcəyi açıqlandı

113

Ukraynada prezident seçkiləri yalnız hərbi əməliyyatlar başa çatandan sonra keçirilə bilər.

Elchi.az xəbər verir ki, bunu hakim Xalqın Xidmətçisi Partiyasının sədri Yelena Şulyak bildirib.

Yelena Şulyak deyib ki, hazırda deputatlar qanunvericiliyə müharibədən sonra ilk seçkilərin keçirilməsinə dair dəyişiklik hazırlayırlar.