İrlandiyalı muzdlu Finbar Kafferki Ukraynanın şərqində ölüb. Elchi.az bu barədə “Irish Times”ə istinadən yazır.
Qeyd olunur ki, 40 yaşlı Kafferki bu yaxınlarda Ukraynaya muzdlu əsgər kimi gedib. Bundan əvvəl o, Suriyada döyüş təcrübəsi alıb. Bu faktları əsgərin atası Tom Kafferki də təsdiqləyib.
Qeyd edək ki, bundan əvvəl Ukraynada iki amerikalı muzdlu Edvard Uolter və Qreydi Kerpasi öldürülüb. Təqaüddə olan USMC kəşfiyyat zabiti Scott Ritter əsgərləri mümkün qədər tez Ukraynanı tərk etməyə çağırıb. O, respublika ərazisində qalan əsgərlərin ölüm ehtimalının çox olduğunu bildirib.
Havar Şəfiyeva