Pentaqonun sözçüsü Patrik Rayder bildirib ki, Birləşmiş Ştatlar müdafiə nazirinin silah tədarükü üzrə müşaviri Uilyam LaPlantenin başçılığı ilə bu həftə Brüsseldə 40-dan çox NATO və Avropa İttifaqı müttəfiqi ilə görüşür. Elchi.az Bu barədə RİA Novostiyə istinadən xəbər verir.
Onun sözlərinə görə, tərəflər Ukraynaya sürətləndirilmiş silah tədarükünü müzakirə edəcək. O əlavə edib ki, nümayəndə heyətləri “Ukraynaya lazım olan silahların tədarükü, istehsalı və texniki xidmətini sürətləndirmək üzrə qlobal səylərə” diqqət yetirəcəklər.
Qeyd edək ki, daha əvvəl konqresmen Pol Qosar bildirmişdi ki, ABŞ Ukraynaya yardımı dayandırmalı və daha əvvəl göndərilən ləvazimatları yoxlamalıdır.
Havar Şəfiyeva