ABŞ prezidenti Co Bayden Ukraynaya 400 milyon dollar məbləğində hərbi yardım göndərilməsi barədə göstəriş verib . Müvafiq sənəd Ağ Evin saytında dərc olunub .
Elchi.az bu barədə “TASS”a istinadən xəbər verir.
Memorandumda qeyd olunur ki, Amerika prezidenti dövlət katibinə Ukraynaya ümumi məbləği 400 milyon dollara qədər olan yardım üçün ABŞ Müdafiə Nazirliyinə , hərbi təlim və təhsilə müdafiə məhsulları və xidmətləri ayırmaq səlahiyyəti verib.
Nuranə Məmmədova