“Macarıstan Avropa İttifaqının (Aİ) vahid mövqeyinə xələl gətirməyi dayandırmalıdır”.
Elchi.az xəbər verir ki, bunu Ukraynanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Oleq Nikolenko “Twitter“də bildirib.
“Macarıstanın Rusiyanın Buçadakı vəhşiliklərə görə məsuliyyətini etiraf etmək istəməməsi Rusiyanın cəzasızlıq hissini gücləndirir və onu yeni cinayətlər törətməyə cəsarətləndirir”, – o qeyd edib.
XİN rəsmisi Budapeştdə sülh danışıqlarının aparılması təklifini heç də yaxşı görünmədiyini vurğulayıb: “Macarıstan kömək etmək istəyirsə, Aİ-nin vahid mövqeyinə xələl gətirməyi dayandırmalıdır”.
Xatırladaq ki, Macarıstanın Baş naziri Viktor Orban bəyan edib ki, Budapeşt Ukrayna və Rusiya liderləri arasında görüşə ev sahibliyi etməyə hazırdır.