Ukrayna ilə Estoniya təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi haqqında birgə bəyannamə imzalayıb.
Elchi.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Estoniyanın Baş naziri Kristen Mixal ilə görüşünün yekunlarına dair sosial şəbəkələrdə məlumat yayıb.
“Bu gün ölkələrimiz həmçinin irəliyə doğru mühüm bir addım adıb: təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın möhkəmləndirilməsi haqqında birgə bəyannamə imzalanıb. Sənəd təcrübə mübadiləsi, müdafiə sənayesində və hava hücumundan müdafiə sahəsində əməkdaşlıq kimi qarşılıqlı fəaliyyət istiqamətlərini təsbit edir. Biz həmçinin “Drone Deal” formatında saziş üzərində işi davam etdiririk”, – o yazıb.
Zelenski dəstəyə görə Estoniyaya təşəkkür edib və Tallinin PURL proqramına verdiyi töhfəni qeyd edib. O, həmçinin Estoniya tərəfini Ukraynanın hazırkı ehtiyacları barədə məlumatlandırıb.
Danışıqlar zamanı tərəflər Rusiyaya qarşı sanksiya təzyiqinin daha da gücləndirilməsini, eləcə də Ukraynanın Avropa İttifaqına daxil olması perspektivlərini müzakirə ediblər.



















