"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Seçdiyi yola sədaqətlə: Səssiz, Vicdanlı və Ləyaqətli

10 İyun 2026 - 07:53
in XƏBƏR LENTİ
FacebookVatsap

“Bəzi adamlar həyatda bir yol seçirlər və ömürlərinin sonuna qədər o yolla gedirlər. Mən də seçmişdim…”

Bunu da oxuyun

Media və Yayım Şurası: Türkiyənin sosial media seqmentində Azərbaycan Prezidentinin adından həqiqətə uyğun olmayan fikirlər yayılır

Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib

İbrahim Yusifzadə bu sözləri deyəndə, əslində, təkcə öz taleyindən danışmır. O, bir nəslin dünyagörüşünü ifadə edir. Dövlət sözünün müqəddəs səsləndiyi, kənd yollarında görünən bir xidməti maşının uşaqların xəyalında bütöv bir aləm yaratdığı illərin nəslini…

Yardımlının Şıxlar kəndində böyüyən o kənd uşağı uzaqdan görünən dövlət maşınlarına baxıb xəyal qururdu. Tozlu yollarla gələn adamlar ona adi insanlar kimi görünmürdü. Elə bilirdi ki, dövlət özü gəlir. Bəlkə də həmin uşağın gələcək taleyi elə o günlərdə yazılmışdı. Aradan onilliklər keçib. Indi o kənd uşağının saçları ağarıb, çiyinlərinə böyük dövlət məsuliyyəti yüklənib. Həyat onu müəllim kürsüsündən parlament dəhlizlərinə, rayon idarəçiliyindən ölkənin ali qanunverici orqanına gətirib çıxarıb. Amma bir şey dəyişməyib: Seçdiyi yola sədaqət.
Bu gün 79 yaşını qeyd edən İbrahim Yusifzadənin ömür yolu yüksək vəzifələrin deyil, məsuliyyətin tarixidir. Onun həyatını sadəcə tutduğu postlarla ölçmək mümkün deyil. Çünki bəzi insanlar vəzifədə və vəzifə üçün çalışır, bəzi insanlar isə dövlətə və xalqa xidmət üçün vəzifə tuturlar.
İbrahim Yusifzadə ikinci qismdəndir. Onun 10 iyun 1947-ci ildə Yardımlının Şıxlar kəndindən başlayan həyat yolu Azərbaycan insanının zəhmətə, elmə və dövlətə bağlılıq ənənələrinin canlı təcəssümüdür.
Bu ömür yolunun ilk gənclik illərində kənd məktəbinin şagirdi müəllim oldu, müəllim ictimai fəaliyyətə qoşuldu, dövlət idarəçiliyinin müxtəlif pillələrində çalışdı. Həyat onu fərqli vəzifələrə gətirsə də, hər mərhələdə eyni prinsipə sadiq qaldı, dövlətə xidməti şəxsi maraqlardan üstün tutmaq.
1967-ci ildə ailə həyatı quran İbrahim müəllim ömür boyu ailə dəyərlərinə də eyni məsuliyyət və sədaqətlə yanaşıb. Onun həyat yolunda ailə həmişə mənəvi dayaq və güc mənbəyi olub.
İbrahim Yusifzadənin ömür yolu təkcə bir insanın taleyi deyil, həm də Azərbaycan dövlətçiliyinin müxtəlif mərhələlərinin canlı məmur həyatıdır. Şıxlar kənd məktəbindən başlayan yol onu əvvəl Zaqatala Pedaqoji Texnikumuna, daha sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinə aparıb. Təhsil aldığı illərdə sözə, ədəbiyyata və milli düşüncəyə bağlılığı formalaşıb. Bəlkə də sonralar yazdığı, amma heç vaxt çap etdirmədiyi şeirlərin mayası məhz həmin illərdə yoğrulub.
1966-cı ildə müəllim kimi əmək fəaliyyətinə başlayan İbrahim müəllim çox keçmədən ictimai işlərə cəlb olunub. Rayon Komsomol Komitəsində şöbə müdirliyindən birinci katibliyə qədər yüksəlib. Beş il Yardımlı Rayon Komsomol Komitəsinin birinci katibi kimi fəaliyyət göstərərək gənclərlə işin təşkilində və ictimai həyatın canlandırılmasında fəal rol oynayıb. Sonralar dövlət quruculuğu və politologiya sahəsində təhsil alıb, partiya və dövlət strukturlarında müxtəlif məsul vəzifələrdə çalışıb, rayonun mədəni həyatına rəhbərlik edib, xalq nəzarəti sistemində fəaliyyət göstərib. 1989-cu ildə Abşeron Rayon Partiya Komitəsində Partiya Komissiyasının sədri vəzifəsinə təyin olunaraq fəaliyyətini daha geniş idarəçilik müstəvisində davam etdirib.
Bu bioqrafiyada vəzifələr çoxdur. Amma onun həyat yolunun əsas dəyəri vəzifələrin sayında deyil, işlədiyi yerlərdə qazandığı etimad və etibar olub. Dövlət xidmətində illər keçirmək mümkündür, lakin həmin illəri hörmət və nüfuzla başa vurmaq hər kəsə nəsib olmur.
1991-ci ildən taleyini Azərbaycan Respublikasının Milli Məclisi ilə bağlayıb. Müstəqilliyin ilk illərinin mürəkkəb və ziddiyyətli dövründə parlamentdə çalışmaq təkcə peşəkarlıq deyil, həm də güclü dövlətçilik düşüncəsi tələb edirdi. O, uzun illər Milli Məclis Aparatının Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsinə rəhbərlik edib. 2005-ci ildən 2020-ci ilə qədər həmin şöbənin müdiri kimi çalışaraq vətəndaş müraciətlərinin araşdırılması və dövlət-vətəndaş münasibətlərinin təkmilləşdirilməsi istiqamətində mühüm fəaliyyət göstərib.
Bu vəzifə kənardan sadə görünə bilər. Amma dövlətlə vətəndaşın ən həssas təmas nöqtələrindən biri məhz müraciətlər sistemidir.

Bir məktub…
Bir ərizə…
Bir şikayət…

Bəzən həmin kağız parçasının arxasında bir ailənin taleyi, bir insanın ümidi və bir ömrün gözləntisi dayanıb. İbrahim müəllim müraciətlərə heç vaxt sadəcə sənəd kimi baxmayıb. O bilib ki, hər məktubun arxasında bir insan taleyi dayanır. Dövlətlə vətəndaş arasında etimadın qorunması da məhz bu görünməyən məsuliyyətdən başlayır. Çünki dövlətin gücü yalnız qəbul etdiyi qərarlarda deyil və o qərarların insan həyatında yaratdığı nəticələrdə görünür.
Uzun illərin təcrübəsi ona səbir öyrədib. O anlayıb ki, dövlət idarəçiliyində ən böyük uğur səs-küylü çıxışlar etmək deyil, sistemin ahəngini qorumaqdır. Bəzən vaxtında həll olunan kiçik bir məsələ yüzlərlə insanın həyatında böyük rahatlıq yaradır. Amma həmin işlərin əksəriyyəti nə qəzet manşetlərinə çıxır, nə də televiziya reportajlarına çevrilir.
Dövlətin möhkəmliyi çox vaxt görünən zirvələrdən deyil, görünməyən dayaqlardan başlayır. Həmin dayaqlar isə adətən səhnənin önündə deyil, pərdə arxasında çalışan insanların zəhməti üzərində qurulur.
Onun xarakterində prinsipiallıqla təmkin həmişə yanaşı addımlayıb. Şəxsi münasibətlər heç vaxt peşəkar qərarlarının önünə keçməyib. Çünki yaxşı bilib ki, dövlət qulluqçusunun ən böyük sərvəti kabineti yox, nüfuzudur. Nüfuz isə bir gündə qazanılmır. Bu illərin zəhməti ilə formalaşır və bir anın yanlışlığı ilə itirilə bilər.
Bu gün İbrahim Yusifzadə 2-ci dərəcə dövlət müşaviridir, dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, 2017-ci ildə isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə də təltif edilib.
Lakin onun haqqında danışarkən sadəcə titulları sadalamaq kifayət deyil. Çünki bu ömrün başqa bir tərəfi də var. Şair tərəfi. Özü deyir: “Şeirlər də yazıram. Heç kim üçün yox. Özüm üçün. Gənclikdə şeir sevgiyə kömək edirdi, indi isə ruha. İnsan yaşa dolduqca danışmağa adam tapmadığı sözləri kağıza deyir.”
Bu etirafda böyük bir həyat həqiqəti yaşayır. İllərlə dövlət sənədləri arasında çalışan adam ürəyində sözə də yer saxlayıb. Şöhrət dalınca qaçmayıb, yazdıqlarını çap etdirməyib. Çünki hər insanın daxilində iki dünya yaşayır: görünən və görünməyən. Onun görünən dünyası dövlət xidməti olubsa, görünməyən dünyası şeir, duyğu və düşüncə aləmi olub.
Bəlkə də insanı bütöv edən elə budur vəzifə ilə vicdanın, ağıl ilə duyğunun, dövlət adamı ilə şair ruhunun eyni ürəkdə yaşaya bilməsi.
Bu gün geriyə baxanda o, yenə özünü həmin kənd uşağı kimi hiss edir.

Saçları ağarıb.
Ömür yolları uzanıb.
Çiyinlərinə böyük məsuliyyətlər yüklənib.

Amma saz səsi eşidəndə kövrələn, gözəllik görəndə misra yazan, dostluğa ürəkdən inanan adam dəyişməyib.
Bəlkə də ömrün ən böyük uğuru məhz budur-zamanın insanı dəyişməsinə imkan vermədən, insanlığını qoruyub saxlaya bilmək. Çünki insanın həqiqi yaşı sənədlərə yazılan rəqəmlə yox, qoruyub saxladığı mənəvi dəyərlərlə ölçülür.
Onun dövlət xidmətindəki fəaliyyəti yalnız Milli Məclislə məhdudlaşmayıb. Müxtəlif dövrlərdə Konstitusiya Məhkəməsində çalışıb, daha sonra Əqli Mülkiyyət Agentliyində müşavir kimi fəaliyyət göstərərək dövlət idarəçiliyi sahəsində zəngin təcrübəsini bölüşməyə davam edib.
İbrahim Yusifzadənin ömür yolu bir daha göstərir ki, hər kəs tarix yazmır. Bəziləri tarix kitablarına düşmür, tribunaların önündə görünmür və gurultulu çıxışlarla yadda qalmırlar. Amma dövlətin dayanıqlığını çox vaxt məhz onlar təmin edirlər. Adları manşetlərə çıxmadan, tribunaların önündə görünmədən, gündəlik zəhmətləri ilə.

Səssizcə.
Vicdanla.
Ləyaqətlə.

Və seçdikləri yola ömürlərinin sonuna qədər sadiq qalaraq. Və belə ömürlər yüksək vəzifələrdən daha çox, yüksək dəyərlərlə yadda qalır. Çünki insanı böyüdən tutduğu kürsü deyil, xidmət etdiyi amal olur. İbrahim Yusifzadənin ömür yolu da məhz bu amalın dövlətə sədaqətin, insana hörmətin və vicdanla yaşamağın hekayəsidir.

Samir Əsədli
VHP sədrinin müavini

Previous Post

Ukrayna və Estoniya müdafiə sahəsində əməkdaşlıq haqqında bəyannamə imzalayıb

Next Post

FHN: İyunun 7-də Araz çayında batan yeniyetmənin meyiti tapılıb – YENİLƏNİB

Bənzər yazılar

Media və Yayım Şurası: Türkiyənin sosial media seqmentində Azərbaycan Prezidentinin adından həqiqətə uyğun olmayan fikirlər yayılır

Media və Yayım Şurası: Türkiyənin sosial media seqmentində Azərbaycan Prezidentinin adından həqiqətə uyğun olmayan fikirlər yayılır

02 Noyabr 2026 - 13:09

"Türkiyənin sosial media seqmentində Azərbaycan Respublikası Prezidentinin adından həqiqətə uyğun olmayan fikirlərin yayıldığı müşahidə edilir". Elchi.az xəbər verir ki, bu,...

Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

01 Noyabr 2026 - 12:41

Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Elchi.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti...

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib

01 Noyabr 2026 - 12:39

Azərbaycan Prezidenti İlham Əliyev əlcəzairli həmkarı Abdelmacid Tebbuna bu ölkənin 1 Noyabr – İnqilab Günü münasibətilə təbrik məktubu ünvanlayıb. Elchi.az...

Sabah 22 dərəcə isti olacaq

Sabah 22 dərəcə isti olacaq

01 Noyabr 2026 - 12:36

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı...

Next Post
FHN: İyunun 7-də Araz çayında batan yeniyetmənin meyiti tapılıb – YENİLƏNİB

FHN: İyunun 7-də Araz çayında batan yeniyetmənin meyiti tapılıb - YENİLƏNİB

ABŞ bu il üçün Azərbaycanda maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu artırıb

ABŞ bu il üçün Azərbaycanda maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu artırıb

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

“Milan” 21 yaşlı müdafiəçi ilə maraqlanır

“Milan” 21 yaşlı müdafiəçi ilə maraqlanır

02 Noyabr 2026 - 18:14
Fransa tələbələri noyabrın 3-ü və 5-də kütləvi etirazlara çağırılıb

Fransa tələbələri noyabrın 3-ü və 5-də kütləvi etirazlara çağırılıb

02 Noyabr 2026 - 17:59
SEPAH hərbi təlim mərkəzlərinin sayını 12-yə çatdıracağını bildirib

SEPAH hərbi təlim mərkəzlərinin sayını 12-yə çatdıracağını bildirib

02 Noyabr 2026 - 17:46
DİM kibertəhlükəsizlik qaydaları ilə bağlı istifadəçilərə çağırış edib

DİM kibertəhlükəsizlik qaydaları ilə bağlı istifadəçilərə çağırış edib

02 Noyabr 2026 - 17:38
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi

“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi

02 Noyabr 2026 - 17:26
Hövsan–Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq

Hövsan–Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq

02 Noyabr 2026 - 17:18
Yaponiyanın yeni səfiri etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib

Yaponiyanın yeni səfiri etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib

02 Noyabr 2026 - 17:10
İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alınıb – FOTO

İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alınıb – FOTO

02 Noyabr 2026 - 17:00
Merz Almaniyadakı iğtişaşçılara qarşı sərt tədbirlər tələb edib

Merz Almaniyadakı iğtişaşçılara qarşı sərt tədbirlər tələb edib

02 Noyabr 2026 - 16:51
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müşavir təyin olunub

Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müşavir təyin olunub

02 Noyabr 2026 - 16:44
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb

Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb

02 Noyabr 2026 - 16:38
Daha bir beynəlxalq rəqəmsal xidmət təchizatçısı Azərbaycanda vergi uçotuna alınıb

Daha bir beynəlxalq rəqəmsal xidmət təchizatçısı Azərbaycanda vergi uçotuna alınıb

02 Noyabr 2026 - 16:25
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək

Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək

02 Noyabr 2026 - 16:17
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb

Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb

02 Noyabr 2026 - 16:09
Melaniya Tramp Rusiyaya minnətdarlığını bildirib

Melaniya Tramp Rusiyaya minnətdarlığını bildirib

02 Noyabr 2026 - 16:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.