Ukraynaya hərbi müdaxilə zamanı Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya Prezidenti Vladimir Putinə Ukrayna lideri Vladimir Zelenskiyə sui-qəsd təşkil edəcəyini söz verib.
Elchi.az xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov “NV” radiosuna açıqlamasında deyib.
Danilov bildirib ki, bu barədə plan fevralın 3-də Kadırovun Putinlə görüşü zamanı müzakirə edilib və Çeçenistan rəhbəri bununla bağlı üzərinə öhdəlik götürüb.
O, Ukrayna kəşfiyyatının bu prosesləri izlədiyini vurğulayıb.