Ali Rada Vasili Malyuku Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsinə təyin edib.
Elchi.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə xalq deputatları Yaroslav Jeleznyak və Aleksey Qonçarenko məlumat verib.
Müvafiq qərarın lehinə 324 deputat səs verib. Jeleznyak bildirib ki, səsvermədə prezident, vitse-prezident, baş nazir, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi və baş prokuror iştirak edib.
Zelenski çıxışında xalq deputatlarını Vasili Malyuka səs verməyə çağırıb
Yeganə