Ukrayna saytları Azərbaycanın “rubl siyasəti” haqqında

🗓 16.11.2014 16:29 ✍️ "Elçi" qəzeti
Ukrayna saytları Azərbaycanın “rubl siyasəti” haqqında

Rublun alqı-satqısının böyük riks daşıması bir sıra ölkələrin Azərbaycan təcrübəsindən img1679901yararlanmasına səbəb ola bilər

Azərbaycan valyutadəyişmə məntəqələri Rusiya rublunun alqı-satqısını dayandırıb.
Ukraynanın unian.net saytı bu xəbəri başlığa çıxarıb. newsazerbaijan.ru saytına istinadən yayılan xəbərdə bildirilir ki, Azərbaycan banklarının bu qərarı Rusiya milli valyutasının saatbasaat ucuzlaşması ilə bağlıdır.
Geosiyasi risklər və neftin qiymətinin ucuzlaşması fonunda Rusiya rublunun məzənnəsi kəskin düşür. Rusiya Milli Bankı noyabrın 5-də valyuta investisiyalarını ixtisara salandan sonra proses daha da sürətlənib. Rusiya valyuta bazarı Milli Bankın bu qərarını rublun bazardakı tələbata görə sərbəstləşdirilməsi kimi qəbul edib. Nəticədə 3 gün ard-arda Rusiya rublu tarixi eniş rekordlarını təzələyib.
Azərbaycanın tanınmış iqtisadçılarından Oqtay Haqverdiyev bildirib ki, Azərbaycan banklarının rubldan imtina qərarı çox təbiidir: “Tələbat olmadığı üçün qərar məntiqlidir. Rublun alqı-satqısından banklar nəinki qazanır, əksinə, itirir. İndi Azərbaycandan Rusiyaya gedənlərə pullarını dollarda saxlamaq münasibdir. Çünki Rusiyada dollara tələbat Azərbaycanda olduğundan daha çoxdur”.
İqtisadçının fikrincə, Azərbaycanda rublun alqı-satqısının dayandırılması rubl sabitləşənə qədər davam edəcək.
Unian.net daha sonra yazır ki, Azərbaycan banklarının bu qərarını digər ölkələr də tətbiq edə bilər.
 

Bənzər yazılar