Ukrayna Silahlı Qüvvələrinin taktiki aviasiyası rusların Xersondakı hava hücumundan müdafiə obyektlərinə, Novopetrovkadakı əsas məntəqəsinə, canlı qüvvə və texnikasının toplandığı ərazilərə zərbələr endirib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin “Pivden” əməliyyat komandanlığı məlumat yayıb.
Məlumata əsasən, Ukrayna əraziyə 250-dən çox raket və artilleriya vasitələri ilə atəş açıb.
Belə ki, Ukrayna zərbələr nəticəsində Rusiyanın 2 “Smerç”, 3 özüyeriyən “Qiasint” topu, “Pion” özüyeriyən artilleriya silahı, “Nona” özüyeriyən artilleriya və minaatan qurğusu, 5 ədəd zirehli və avtomobil texnikasını məhv edib. Bundan başqa, 24 rus əsgəri isə həlak olub.
Qətərin Baş naziri Əl Sani: Netanyahu müharibə cinayətkarıdır
Qətərin Baş naziri və Xarici İşlər naziri Məhəmməd bin Əbdülrəhman Əl Sani İsrailin Baş naziri Binyamin Netanyahunun "müharibə cinayətkarı" olduğunu...




















Son şərhlər