Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb.
Bu barədə Ukrayna Müdafiə Nazirliyinin “Facebook” səhifəsində bildirilib.
Qeyd olunub ki, fevralın 24-dən bu gün səhər saatlarına qədər Rusiya Ordusunun 1 367 tankı, 3 366 zirehli döyüş maşını, 661 artilleriya sistemi, 207 reaktiv yaylım atəşi sistemi, 95 havadan müdafiə sistemi, 210 hərbi təyyarəsi, 175 helikopteri, 2329 avtomobil texnikası və yanacaq çəni, 13 gəmi/kateri, 535 dronu, 51 xüsusi avadanlığı, 121 qanadlı raketi məhv edilib.
Ukrayna Müdafiə Nazirliyi Rusiya tərəfinin təxminən 30 950-yə qədər canlı qüvvəsini itirdiyini bəyan edib.
Nepalda ölümcül daşqınlar: 5200-dən çox insan hələ də itkin düşmüş hesab olunur!
Nepal hökuməti, avqust ayında baş verən və azı 1455 nəfərin həyatına son qoyan dağıdıcı daşqınlardan sonra axtarış-xilasetmə əməliyyatlarının başa çatdığını...





















Son şərhlər