“Qarabağ”ın ötən mövsüm Avropa Liqasının qrup mərhələsində Fransanın “Nant” komandasına 3:0 hesabı ilə qalib gəldiyi matçın qollarından birinin videosu yayımlanıb.
Elchi.az xəbər verir ki, bu barədə UEFA Avropa Liqasının rəsmi Feysbuk səhifəsində paylaşım edib.
Qeyd edək ki, sözügedən qolun müəllifi olan Kvabena Ovusu hazırda Macarıstan təmsilçisi “Ferentsvaroş”un formasını geyinir.