Polşanın baş naziri Donald Tusk ölkə prezidenti Anjey Dudaya məlumat verib ki, onun respublikada telefon dinləmələrinin qanunsuz istifadəsinə dair sübutlar var.
Elchi.az bu barədə RİA Novosti yə istinadən xəbər verir.
Tuskun sözlərinə görə, İsrailin Pegasus proqram təminatı Polşada məşhur insanlar haqqında məlumat toplamaq üçün “qanuni və qeyri-qanuni” şəkildə alınıb və istifadə edilib.
“Bu təcrübələrin qurbanlarının siyahısı təəssüf ki, çox uzundur. Əlimdə olan bu sənəd, təəssüf ki, bizim ən çox qorxduğumuz şeyi təsdiqləyir”, – deyə o əlavə edib.
Bundan sonra Tusk müvafiq sənədləri Dudaya təhvil verib.
Bundan əvvəl Polşada keçmiş baş nazir Mateuş Moravetski, Tusk və digər siyasətçilərin, iş adamlarının, hüquqşünasların və ictimai xadimlərin telefonlarının dinlənilməsi barədə məlumat yayılmışdı.
Nuranə Məmmədova