Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevi Azərbaycanın Mərkəzi Asiya ölkələrinin məşvərət görüşləri formatına tam hüquqlu üzv olması münasibətilə təbrik edib.
Elchi.az – ın məlumatına görə, Sərdar Berdiməhəmmədov bu barədə Dövlət Başçılarının “Mərkəzi Asiya + Azərbaycan” formatında 7-ci Məşvərət Görüşündə açıqlama verib.
“Mən həmçinin İlham Heydər oğlu Əliyevi Azərbaycanın formatımıza tamhüquqlu üzv kimi qoşulması münasibətilə təbrik etmək istərdim”, – o deyib.





















