"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Azərbaycan türklərinin ​aşağılanması-bundan daha çox kimin ziyan çəkəcəyi məlumdur – ŞƏRH

10 Noyabr 2015 - 21:24
in XƏBƏR LENTİ
FacebookVatsap

Heç şübhəsiz bundan sonra İranda başqa rəsmilər də danışacaq və bu komediyanı quranları tənqid edəcək Tehran, Təbriz, Ərdəbil, Urmiya, Zəncan, Sulduz (Nəğədə), Meşkinşəhr (Xiyav) və irili-xırdalı bir sıra şəhərlərdə Azərbaycan türklərinin təhqir edilməsi əleyhinə yürüş və mitinqlər keçirilib.

Həmin etiraz aksiyalarında “Zəncanlılar qan verər – türk dilinə can verər!”, “Haray, haray, mən türkəm!”, “Azərbaycan var olsun, istəməyən kor olsun!”, “Ölüm olsun faşistə!” və başqa şüarlar söylənilib.

Bunu da oxuyun

Rumıniya XİN Braşovdakı təxribata görə Rusiya səfirinə etirazını bildirib

Türkiyənin Naxçıvandakı Baş konsulu vəzifəsinin icrasına başlayıb

Mehriban Əliyeva “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanışlığa dair videoçarx paylaşıb

Aksiyalara polis və mülki geyimli məmurlar müdaxilə edib.

Əslində, nə baş verib? Noyabrın 6-da – cümə günü İran İslam Respublikası televiziyasının 2-ci kanalında yayımlanan “Fitilə” proqramının “Hotel Fitilə” adlanan hissəsində Azərbaycan türkləri (azərbaycanlılar) təhqir olunub. Həmin verilişdə azərbaycanlı ata və oğul pis qoxunun gəlməsindən mehmanxana sahibinə şikayət edirlər. Sonra məlum olur ki, oğul diş fırçası yerinə dişlərini tualet fırçası ilə “təmizləyib” və pis qoxu onların özlərindən gəlir. “Komediya” fars dilində olsa da bəzi epizodlar Azərbaycan dilində verilir. Etiraz aksiyaları da buna qarşı keçirilib.

Aksiyalardan sonra İranın Tele-radio şirkətinin sədri Məhəmməd Sərəfraz baş vermiş “xətaya görə” üzr istəyib. O bildirib ki, “İkinci telekanal”ın bir sıra proqramlarını (adları çəkilməyib) hazırlayanlara töhmət verilib və bəziləri işdən çıxarılıb.

Həmin proqramın prodüsseri Əlirza Ağayi də bəyanat yayaraq, üzr istəyib. O, bəyanatında özünə haqq qazandırmağa çalışıb.

İran mediası isə bunu belə təqdim edib: “Cümə günü noyabrın 6-da İranın “İkinci telekanal”ından yayımlanan uşaq və yeniyetmələr üçün nəzərdə tutulmuş “Fitilə” televiziya verilişinin bir hissəsində yanlışlıq və diqqətsizlik üzündən, azəri dilində (yəni Azərbaycan türkcəsi) dialoqlar səsləndirilir ki, bu da İran azəridillilərinin (İran mərkəzli fars düşüncə mərkəzi Azərbaycan türklərini farsların bir qolu saydığından belə təqdim edilir- S.İ.) narahatlığına səbəb olur”.

Həmin verilişdə qəsdən bəzən türkcə də danışırlar. Bununla da həmin adamların azərbaycanlı olduğunu sözlə deməyə ehtiyac qalmır.

Heç şübhəsiz bundan sonra İranda başqa rəsmilər də çıxış edəcək, bu “komediyanı” quranları tənqid edəcək, hətta türklərlə (azərbaycanlılar, Azərbaycan türkləri) qan qohumluqlarının olduğunu deyəcəklər. Bu yolla özlərini sığortalamağa çalışacaqlar.

Bu, ilk hadisə deyil, bu il ərzində İran telekanallarında bu sayaq hadisə bir neçə dəfə baş verib.

Azərbaycanlıların ilk belə genişmiqyaslı və kütləvi etirazı 2006-cı ilin mayın 22-də baş verib. Həmin il mayın 12-də Tehranda çıxan “İran” qəzetinin uşaqlar üçün nəzərdə tutulan səhifəsində azərbaycanlıları və onların dilini təhqir edən karikatura dərc olunmuşdu. Həmin materialda fars uşaq tarakanla farsca danışmaq istəyir, ancaq tarakan uşağa Azərbaycan dilində “Nə mənə?”(“nə demək istəyirsən?”) deyə cavab verir.

Karikaturanın mətn başlığı isə belə idi: “Tarakanlara necə mane olaq ki, bizi də tarakan etməsinlər”. Həmin mətnin birinci hissəsi: “Çoxları düşünür ki, birinci dəfə görüşən kimi dalaşmaq lazım deyil, çünki maraqsızdır. Onda biz gərək oturaq və tarakanlarla sivil olaraq söhbət edək. Ancaq problem ondadır ki, tarakan normal danışıq başa düşmür. Tarakanların öz dili elə çətindir ki, onların 80 faizi başqa dillərdə danışmağa üstünlük verir”.

Bu materiala qarşı da Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Zəncan, Tehran və başqa əyalətlərdə etiraz aksiyaları keçirilmişdi. O vaxt 20-dən çox aksiya iştirakçısı polis və başqa güc strukturları tərəfindən qətlə yetirilmişdi. Yüzlərlə aksiyaçı tutulmuşdu.

Hadisədən sonra İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei (onun da azərbaycanlı, Azərbaycan türkü olduğunu deyirlər) başda olmaqla bütün rəsmi və qeyri-rəsmi şəxslər qəzetlərdə çıxan materialı tənqid etmiş, azərbaycanlılara İranın tarixində oynadığı əvəzsiz rola görə təriflər yağdırmışdılar.

Daha sonra karikaturanı çap edən “İran” qəzeti bir aya yaxın bağlandı. O vaxt yayılan xəbərlərə əsasən baş redaktor Mehrdad Qasəmfər və karikaturanın müəllifi Mana Neyəstəni bir neçə ay həbsdə saxlandı. Daha sonra onların azadlığa buraxılması haqda informasiyalar yayıldı. Bunun ardınca Mana Neyəstəninin sorağı Dubaydan, daha sonra Avropadan gəldi.

Bu nədir? İran rəhbərliyi ölkənin teleradio şirkətinə və mətbuatına nəzarət edə bilmir?! Axı, teleradio şirkətinə sədri ayətullah Seyid Əli Xamənei təyin edir. Bundan başqa İranda nə birbaşa, nə dolayısı ilə müstəqil, özəl televiziya kanalı yoxdur. Bütün telekanalların sədri bir nəfərdir və o biri kanalların rəhbərləri də ona tabedir. Bu baxımdan həmin telekanallarda yayımlanan verilişlərin dəfələrlə senzuradan keçdiyi şübhəsizdir.

Onda belə nəticəyə gəlmək olar ki, noyabrın 6-da yayımlanan və Azərbaycan türkləri təhqir olunan veriliş hakimiyyətin marağına uyğun olub. Çünki təxminən 9 il 5 ay öncə hakimiyyət bu sayaq məsələlərə azərbaycanlıların reaksiyasını görmüşdü. O zaman oxşar səhvi televiziyada təkrarlamağa nə ehtiyac var idi?

Belə çıxır ki, İranda hakimiyyət daxilində ölkədə etnik zəmində iğtişaşlar yaratmaqda maraqlı qüvvələr var. Həmin qüvvələr etnik qrupların hissiyyatı ilə oynayırlar. Hər kəsə bəllidir ki, sayından asılı olmayaraq, istənilən etnik qrupun təmsilçisi öz soyunu sevir.

Məsələ ilə bağlı daha bir neçə ehtimal irəli sürmək olar:

– Bölgədə və ölkədə baş verənlər fonunda türklərin sakitliyi belələrinin marağına uyğun gəlmir. Onlar özlərinin çirkli və ya təmiz bütün oyunlarına Azərbaycan əhalisini də şərik etmək istəyirlər. Belələrinin əhalinin çoxluğuna, türklərə ehtiyacı var.

– Türklərin öz qanuni, milli haqlarının təmin olunması uğrunda tələblərini əngəlləmək istəyirlər. Bu sayaq aksiyalarda bir neçə nəfəri tutur, ictimai fəallara qarşı təzyiqləri artırır, bu düşüncə sahiblərinin hədələyirlər. Ən yaxşı halda onların İranı tərk etməsinə nail olurlar.

– Ölkə daxilində “yad barmaq axtarışı”. Bununla ölkədəki hadisələrdə yad qüvvələri ya axtarır, ya da etnik qrupa mənsubiyyətindən asılı olmayaraq, fərqli düşüncəliləri xarici qüvvələrin adamı elan etməyə şərait yaradırlar.

– 2016-cı ilin martında İranda parlament seçkilərinin keçirilməsi nəzərdə tutulub. Həmin siyasi kampaniyaqabağı potensial  “ara qarışdıranları” cəmiyyətdən bir neçə aylığa təcrid etməyə səy göstərirlər. Çünki növbəti seçkiqabağı kampaniyada İranın atom proqramı ilə bağlı razılaşma sənədi imzaladığı qüvvələr qarşısında demokratiya dərsindən də imtahan verərək, özünə rəğbəti və etimadı artırmağa, onların etibarını qazanmağa səy göstərəcəyi istisna edilmir.

– Etiraz aksiyalarının başlamasına səbəb olan proqramı telekanalda yayanlar türkləri aşağılamaqla cəmiyyətdə onların nüfuzuna zərbə vurmağa çalışıblar. Başqa sözlə, bu proqramda səslənən fikirlərə əsasən, ehtimal etmək olar ki, müəlliflər İran ictimaiyyətinə çatdırmaq istəyir ki, türklərin ağzından gələn qoxu çox təhlükəli və pisdir, onlara baş qoşmayın və s.

Beləliklə, tele-proqram vasitəsi ilə türklərin sayıqlığı və reaksiyası yoxlanılıb. Hər halda bu sayaq, aşağılamaların ziyanını daha çox kimin çəkəcəyi sirr deyil. Bir ölkədə ana dilində bir sinfi olmayan, milli mənsubiyyəti danılan, övladları kimlərinsə iddiasına başqa dövlətdə qurban verilən, televiziya və qəzetlərədə etnik heysiyyatı təhqir edilən cəmiyyətlə barışmaq və ya onlarla bir yerdə əvvəlki formada yaşamaq olarmı? Buna inkar cavabını Azərbaycan türklərinin haqqını dananlar özləri verir.

Sədrəddin İsmayılov

Previous Post

Azərbaycan türklərinin ​aşağılanması-bundan daha çox kimin ziyan çəkəcəyi məlumdur – ŞƏRH

Next Post

İngilis qadınların çoxu lesbiyan olur

Bənzər yazılar

Rumıniya XİN Braşovdakı təxribata görə Rusiya səfirinə etirazını bildirib

Rumıniya XİN Braşovdakı təxribata görə Rusiya səfirinə etirazını bildirib

27 Oktyabr 2026 - 20:29

Rumıniya Xarici İşlər Nazirliyi (XİN) Rusiya səfirini çağırıb və sentyabrın 14-də Braşovda törədilmiş təxribatla əlaqədar ona qəti etirazını bildirib. Elchi.az...

Türkiyənin Naxçıvandakı Baş konsulu vəzifəsinin icrasına başlayıb

Türkiyənin Naxçıvandakı Baş konsulu vəzifəsinin icrasına başlayıb

27 Oktyabr 2026 - 20:02

Türkiyənin Naxçıvandakı Baş konsulu Əli Sevim vəzifəsinin icrasına başlayıb. Elchi.az  xəbər verir ki, ​Türkiyənin Naxçıvandakı Baş Konsulluğuna təyin olunan Əli...

Mehriban Əliyeva “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanışlığa dair videoçarx paylaşıb

Mehriban Əliyeva “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanışlığa dair videoçarx paylaşıb

27 Oktyabr 2026 - 20:00

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyevanın Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli rəssam, Azərbaycan...

Somalidən 20 tələbə Azərbaycanda təhsil alacaq

Somalidən 20 tələbə Azərbaycanda təhsil alacaq

27 Oktyabr 2026 - 15:44

2026–2027-ci tədris ili üzrə 20 nəfər Somali vətəndaşı Azərbaycanın ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb. Bu barədə Elchi.az-a Elm...

Next Post

İngilis qadınların çoxu lesbiyan olur

Azərbaycanda toy adəti dəyişir: Bakirəlik arxa plana keçir

Son xəbərlər

SEPAH: İranda iki terrorçu dəstənin üzvləri həbs ediliblər

SEPAH: İranda iki terrorçu dəstənin üzvləri həbs ediliblər

27 Oktyabr 2026 - 20:36
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib

Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib

27 Oktyabr 2026 - 20:33
Rumıniya XİN Braşovdakı təxribata görə Rusiya səfirinə etirazını bildirib

Rumıniya XİN Braşovdakı təxribata görə Rusiya səfirinə etirazını bildirib

27 Oktyabr 2026 - 20:29
Türkiyənin Naxçıvandakı Baş konsulu vəzifəsinin icrasına başlayıb

Türkiyənin Naxçıvandakı Baş konsulu vəzifəsinin icrasına başlayıb

27 Oktyabr 2026 - 20:02
Mehriban Əliyeva “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanışlığa dair videoçarx paylaşıb

Mehriban Əliyeva “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanışlığa dair videoçarx paylaşıb

27 Oktyabr 2026 - 20:00
Stubb Putinə zəng etməsinin pərdəarxası məqamlarını açıqladı

Stubb Putinə zəng etməsinin pərdəarxası məqamlarını açıqladı

27 Oktyabr 2026 - 19:28
Azərbaycan Kuboku: Daha iki komanda 1/8 finala yüksəldi

Azərbaycan Kuboku: Daha iki komanda 1/8 finala yüksəldi

27 Oktyabr 2026 - 19:15
Azərbaycanın indiyədək ixrac etdiyi təbii qazın həcmi açıqlanıb

Azərbaycanın indiyədək ixrac etdiyi təbii qazın həcmi açıqlanıb

27 Oktyabr 2026 - 19:09
Bakıda İƏT-in korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası keçirilib

Bakıda İƏT-in korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası keçirilib

27 Oktyabr 2026 - 19:00
Dövlət sərhədini pozmağa cəhd edən əfqanlar saxlanıldı

Dövlət sərhədini pozmağa cəhd edən əfqanlar saxlanıldı

27 Oktyabr 2026 - 18:49
Azərbaycanın 8 cüdoçusu Neapolda keçiriləcək Avropa çempionatına qatılacaq

Azərbaycanın 8 cüdoçusu Neapolda keçiriləcək Avropa çempionatına qatılacaq

27 Oktyabr 2026 - 18:35
PA Vətəndaş Qəbulu Mərkəzində noyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

PA Vətəndaş Qəbulu Mərkəzində noyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

27 Oktyabr 2026 - 18:28
Tusk: ABŞ və NATO “Patriot” mərkəzi üçün Polşanı seçir

Tusk: ABŞ və NATO “Patriot” mərkəzi üçün Polşanı seçir

27 Oktyabr 2026 - 18:20
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb – YENİLƏNİB

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb – YENİLƏNİB

27 Oktyabr 2026 - 18:13
Bakıda su satışı aparatlarından oğurluq edən üç nəfər həbs olunub

Bakıda su satışı aparatlarından oğurluq edən üç nəfər həbs olunub

27 Oktyabr 2026 - 18:07
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.