"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Azərbaycanda toy adəti dəyişir: Bakirəlik arxa plana keçir

11 Noyabr 2015 - 05:55
in XƏBƏR LENTİ
FacebookVatsap

 

Bunu da oxuyun

Qarabağda 75-dən çox günəş enerjili baza stansiyası quraşdırılıb

Media və Yayım Şurasına sədr və üzvlər təyin edildi

44 günlük müharibədə ölənlərin yeni sayı AÇIQLANDI

Müşahidələr göstərir ki, bu gün ailə quran azərbaycanlı gənclər fərqli-fərqli düşüncəyə malikdirlər. Bəziləri sırf XXI əsr düşüncəsilə, digərləri isə “XXI əsr uşaqları”nın təbirincə desək, “keçmişin qalıqları” ilə yaşayır. Azərbaycan cəmiyyətində daşlaşan mental adətə görə, əksər oğlanlar nikaha daxil olarkən, ənənələrə sadiq qalan ağıllı, tərbiyəli, əsl ev qızı ilə evlənmək istəyir. Bu zaman oğlanlar üçün xüsusi məsələ qızın bakirəliyidir.

Bəli, Azərbaycan mentalitetində gəlin gətirlən qızın toy gecəsinədək bakirə qalması onunla evlənən oğlan, ümumilikdə bəy evi üçün xüsusi əhəmiyyət daşıyır. O dərəcə xüsusi əhəmiyyət ki, gəlinin bakirəliyi ər evi, eləcə də valideynləri üçün həm də təmizlik, saflıq, günahsızlıq, inam, etibar, sədaqət rəmzi anlamına gəlir. Vay o günə ki, toy gecəsi gəlin gətirilən qız bakirə çıxmasın… Bu halda ər evi onun gözünün yaşına baxmadan, günahsızlığını sübut etmə cəhdinə qulaq asmadan ata evinə geri qaytarır. Hətta illərlə nişanlı qalan, uzun müddət nişanlısına qovuşacağı anı səbirsizliklə gözləyən gənclər belə, toy gecəsi gəlin bakirə çıxmazsa, hansısa güzəştə gedə bilmir, qəti qərar verir: “üzü qara” qız ata evinə qayıtmalıdır. Beləcə toy gecəsi dərhal boşanmalar da gerçəkləşir… Belə hallarda el-obanın, qohum-əqrəbanın, tanış-bilişin tənəsilə üzləşən qız evinin vəziyyətini isə təsəvvür etmək çətin deyil. Bu baxımdan hər bir qız anası üçün övladının “toy gecəsi imtahanı”ndan üzüağ çıxdığı barədə xəbər çox qiymətlidir. Bir sıra hallarda gəlini bəyin gərdəyinə göndərən yengənin qız anasına verdiyi xoşagəlməz xəbərlər hansısa valideynlərin bütün dünyasını alt-üst edir, faciələrə yol açır. Bununla yanaşı, müasir düşüncəli məyyən qisim oğlanlar da var ki, ailə qurduğu qızın bakirə olub-olmadığına ikinci dərəcəli məsələ kimi baxır. Bu qismin üstünlük verdiyi əsas amil, qarşılıqlı anlaşma və bunun fonunda qurulan ailə münasibətləridir. Etiraf edək ki, son vaxtlar milli mentalitetin çərçivələrini aşan belə gecələrin sayı artmaqdadır.

Bu sahədə araşdırmalar aparmış “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova da Modern.az saytına deyib ki, toy gecəsinin bakirəlik məsələsinə birmənalı yanaşmaq mümkün deyil: “Mən deməzdim ki, bakirəlik məsələsi gündəmdən çıxıb. Məsələ gündəmdədir və gündəmdə olmasaydı, bir çox qızlar nikahdan əvvəlki intim münasibətlərini ört-basdır etmək üçün tibbi müdaxilələrə üz tutmazdılar… Bakirəliyin bərpa olunması üçün həkimlərə müraciət edən çox sayda qızların olması məhz bunun göstəricisidir. Odur ki, nikaha girən bəzi cütlüklər əvvəldən öz münasibətlərinə qeyri-səmimi, qeyri-şəffaflıqla başlayırlar. Yalanlar üzərində qurulmuş nikah isə əksərən uğursuzluqla nəticələnir. Doğrudur, milli mentalitetə görə, bu məsələdə böyük əksəriyyət qızları günahlandırı. Amma oğlanlar da əvvəldən hansısa qadınla münasibətdə olduqlarını gizlədirlər”. Mehriban Zeynalovanın sözlərinə görə, bəzi qızların nikahdan əvvəlki münasibətlərinin nəticəsini tibbi müdaxilələrlə aradan qaldırmaları və ailə qurduğu oğlana bakirə qismində ərə getməsi həmin nikahın təməlinin yalan üzərində qurulmasına gətirib çıxarır. Hüquq müdafiəçisi deyir ki, bu barədə insanlara azad seçim imkanı tanımaq lazımdır: “Konkret olaraq nikaha qədər intim münasibətdə olan şəxslər bu barədə məlumat verirsə, seçim qarşı tərəfin özünün öhdəsinə buraxılır. Bu halda dürüstlük nümayiş etdirilməsi arzu olunandır. Bu zaman şəxsi faktorlara üstünlük verilir. Mən hesab edirəm ki, qızın bakirəliyi deyil, onun şəxsi keyfiyyətlərini, şəxsi faktorlarını üstün tutaraq gənc oğlanın ailə qurması daha dürüstdür”. Hüquq müdafiəçisi hesab edir ki, bakirəlik məsələsi müəyyən normalardır: “Bu normalar hələ ki gündəmdədir. Evlənən şəxslərin evliliyə qədər müxtəlif münasibətlərdə olub sonra ailə qurması yaxşı hal deyil. Özümüzün adətlərimiz, münasibətlərimiz, ənənələrimiz var. Amma bunu tabu etmək də olmaz. Mən yaşlı qadınlar tanıyıram ki, qız vaxtı zorakılığa məruz qalıb, yaxud sevdikləri tərəfindən aldadıldıqdan sonra atılıb. Yəni müxtəlif səbəbələrdən bakirəliklərini itiriblər. İndiyə qədər baş verənləri gizli saxladıqlarından ailə qura bilmirlər. Bu da faciədir. Əxlaq önəmlidir, amma bakirəliyin pozulmasını faciəyə çevirmək doğru deyil. Əsl faciə tibbi müdaxilə ilə bakirəliyin bərpasıdır. Əsas məsələ insanın şəxsi keyfiyyətləri, ailədaxili münasibətləridir. İnsanlar hər mənada biri-birilərini tanıyaraq ailə qurmalıdır. Ancaq bakirəliyi faciə etmək, yaxud həyatını buna bağlayaraq yaşamaq da doğru deyil. Mənim 60 yaşında bibim qızı var, hələ də bakirədir. Bunu özü üçün böyük dəyər hesab edir və fəxr edir. Bu ailə münasibətləri, ailə dəyərləri, insanın böyüdüyü mühitin normalarıdır. Hesab edirəm ki, 60 yaşında tək qalmış bir qızın məhz bakirəliyə görə kişinin onunla evlənəcəyini düşünməsi özü də faciədir. Şəxsən mən tibbi müdaxilə nəticəsində bakirəliyini guya, bərpa etdirərək ailə quran şəxsləri dəstəkləmirəm. Bu, daha böyük faciədir. Əgər bir kişi ailə qurduğu bakirə olmayan qızı axıra kimi müdafiə edə bilməyəcəksə, sonradan kimlərinsə təsiri altında ailəsini dağıdacaqsa, bu yaxşı hal deyil və bunu əvvəlcədən düşünməlidir. Kişinin özünün xarakteri və ailəsini müdafiə etmək bacarığı olmalıdır. Bilirik ki, damğa vurulanlarla, boşanmış qadınlarla ailə quranlar da var. Heç kim də bunu faciə hesab etmir”.

M.Zeynalova onunla da razıdır ki, bütün dünyada bakirəlik təmizlik, paklıq göstəricisidir. “Amma bakirə qalıb müxtəlif iyrənc niyyətlərdə olanlar da var. Bu da reallıqdır. Məsələnin mahiyyəti odur ki, nikaha girən şəxslər biri-birilərinə qarşı dürüst olsunlar. İnsan ailə quran zaman özünü nə qədər təmiz, pak saxlayırsa, ailəsi də o dərəcədə pak olacaq. Bu gün boşanma səbəblərinə baxdıqda yalanların üstünlük təşkil etdiyini görürük. Çünki bir dəfə yalan, fırıldaq edən şəxsin sonrakı mərhələdə bunu etməyəcəyinə kimsə zəmanət vermir. Müşahidələrimiz bunu təsdiqləyir. Lakin təmizliyini saxlayanlar hər zaman ailəsi üçün mübarizə aparır. Çünki bu onlar üçün dəyərdir, normadır. Əsas da psixoloji amillər rol oynaya bilər. Ola bilər ki, kiminsə başına pis hadisə gəlib, hansısa faciə nəticəsində, yaxud da konkret məqamda istəyərək, yaxud istəməyərək bu vəziyyətlə üz-üzə qalıb. İstənilən halda hər şey qarşı tərəfin diqqətinə çatdırılmalıdır. Mən insanlar arasında münasibətlərin dürüstlük üzərində qurulmasının tərəfdarıyam. Seçim insanların özünündür. Çox halda bakirəliyi pozulmuş xanımlar bunu gizlədirlər. Belə hərəkət edən qız görmüşəm. Nikahdan əvvəl münasibətdə olub. Tibbi müdaxilə etdirərək başqasına ərə gedib, 2 uşaq doğub və bir müddət sonra ailəsini dağıdıb. Çünki ailə yalan üzərində qurulub”. Bakirəliyin cərrahi yolla bərpası tibbdə “himenoplastika” adlanır. Son illər belə əməliyyatların Azərbaycanda da artdığı barədə müxtəlif məlumatlar yayılır. Bununla bağlı hətta statistik rəqəmlər söyləməyə cürət edənlər də var. Elə bəzi cərrah-ginekoloqların özləri də “imenoplastika” etdirən qızların çoxaldığını təsdiqləyirlər. Qeyd edirlər ki, himenoplastika əməliyyatı üçün onların qəbuluna gələn qadınların sayında artım müşahidə edilir…

 

Previous Post

Azərbaycanda toy adəti dəyişir: Bakirəlik arxa plana keçir

Next Post

Pənah Hüseyn: “Yeni mərhələnin lideri olmağa iddialıyam”

Bənzər yazılar

Qarabağda 75-dən çox günəş enerjili baza stansiyası quraşdırılıb

Qarabağda 75-dən çox günəş enerjili baza stansiyası quraşdırılıb

08 Sentyabr 2026 - 15:42

“Qurumlar arasında rəqəmsal sənəd mübadiləsi hər ay təxminən 5 milyon səhifəyə qənaət etməyə imkan verir. Bu, ildə 6 mindən çox...

Media və Yayım Şurasına sədr və üzvlər təyin edildi

Media və Yayım Şurasına sədr və üzvlər təyin edildi

08 Sentyabr 2026 - 14:33

Azərbaycan Respublikası Media və Yayım Şurasına sədr və üzvlər təyin edilib. Elchi.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı...

44 günlük müharibədə ölənlərin yeni sayı AÇIQLANDI

44 günlük müharibədə ölənlərin yeni sayı AÇIQLANDI

08 Sentyabr 2026 - 13:30

44 günlük Vətən Müharibəsi zamanı Ermənistanın verdiyi itkilər açıqlanıb. Elchi.az xəbər verir ki, Ermənistan İstintaq Komitəsi 2020-ci ildə baş vermiş...

YAP-ın VIII Qurultayına hazırlıq başlayıb

YAP-ın VIII Qurultayına hazırlıq başlayıb

08 Sentyabr 2026 - 12:45

Yeni Azərbaycan Partiyasının VIII Qurultayına hazırlıq başlayıb. Elchi.az xəbər verir ki, artıq partiyanın rayon təşkilatlarının konfransları keçirilir. Konfranslarda rayon təşkilatlarının...

Next Post

Pənah Hüseyn: “Yeni mərhələnin lideri olmağa iddialıyam”

Pənah Hüseyn: “Yeni mərhələnin lideri olmağa iddialıyam”

Son xəbərlər

Rutte: Ukrayna Aİ vəsaitləri ilə “Patriot” raketləri ala biləcək

Rutte: Ukrayna Aİ vəsaitləri ilə “Patriot” raketləri ala biləcək

08 Sentyabr 2026 - 17:30
Xaricdə iş vədi ilə çoxsaylı insanları aldadan şəxsin işi məhkəməyə göndərildi

Xaricdə iş vədi ilə çoxsaylı insanları aldadan şəxsin işi məhkəməyə göndərildi

08 Sentyabr 2026 - 17:25
Əli Əsədov Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin beynəlxalq əlaqələr şöbəsinin müdiri ilə görüşüb

Əli Əsədov Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin beynəlxalq əlaqələr şöbəsinin müdiri ilə görüşüb

08 Sentyabr 2026 - 17:14
Çində təbiət fəlakəti: 12 nəfər həlak oldu, 1 nəfər itkin düşüb

Çində təbiət fəlakəti: 12 nəfər həlak oldu, 1 nəfər itkin düşüb

08 Sentyabr 2026 - 17:05
Naxçıvan üzrə sentyabr ayının pensiyaları ödənilib

Naxçıvan üzrə sentyabr ayının pensiyaları ödənilib

08 Sentyabr 2026 - 16:55
“Gənclik Mall”da xəbərdarlıq sistemi texniki xəta səbəbindən işə düşüb

“Gənclik Mall”da xəbərdarlıq sistemi texniki xəta səbəbindən işə düşüb

08 Sentyabr 2026 - 16:48
Anar Əsədli barəsində qərar verilib

Anar Əsədli barəsində qərar verilib

08 Sentyabr 2026 - 16:35
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib – VİDEO

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib – VİDEO

08 Sentyabr 2026 - 16:24
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

08 Sentyabr 2026 - 16:17
Abşeronda motoxuliqanlıq edən 30 sürücü saxlanılıb – VİDEO

Abşeronda motoxuliqanlıq edən 30 sürücü saxlanılıb – VİDEO

08 Sentyabr 2026 - 16:08
“Rusiyaya təzyiqi artırmaq lazımdır” – Kallasdan ÇAĞIRIŞ

“Rusiyaya təzyiqi artırmaq lazımdır” – Kallasdan ÇAĞIRIŞ

08 Sentyabr 2026 - 16:00
“Qarabağ” Koxalski ilə yollarını ayırıb

“Qarabağ” Koxalski ilə yollarını ayırıb

08 Sentyabr 2026 - 15:51
Qarabağda 75-dən çox günəş enerjili baza stansiyası quraşdırılıb

Qarabağda 75-dən çox günəş enerjili baza stansiyası quraşdırılıb

08 Sentyabr 2026 - 15:42
Azərbaycanın qeyri-neft ixracı 18%-ə yaxın artıb

Azərbaycanın qeyri-neft ixracı 18%-ə yaxın artıb

08 Sentyabr 2026 - 15:30
Bu il 1100-dən çox kişiyə ödənişli atalıq məzuniyyəti verilib

Bu il 1100-dən çox kişiyə ödənişli atalıq məzuniyyəti verilib

08 Sentyabr 2026 - 15:16
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.