PKK/YPG terrorçularının hədəflərini vurmağa davam edirik.
Elchi.az-ın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.
Akar qeyd edib ki, terrorçuların hücumundan sonra başlayan əməliyyatlar nəticəsində bu günə qədər 22 PKK/YPG terrorçusu məhv edilib.
“Terrorçulara qarşı cəzalandırma əməliyyatlarımız intensiv şəkildə davam edəcək”, – nazir vurğulayıb.