Türkiyənin 4 güləşçisi zəlzələ nəticəsində həlak olub.
Elchi.az xəbər verir ki, bu barədə Türkiyə Güləş Federasiyası məlumat yayıb.
Bildirilib ki, Qəhrəmanmaraşda idmançıların qaldığı binanın çökməsi səbəbindən 8 güləşçi dağıntılar altından sağ çıxarılsa da, 4 nəfərin cansız bədəni tapılıb. Bunlar Əhməd Taş, Mehmet Eskisarılı, Əli Gürsoy və Aslan Ekizdir.
Daha 4 güləşçi ilə bağlı isə hələlik məlumat yoxdur. Ərazidə xilasetmə işləri davam etdirilir.
Qeyd edək ki, son məlumatlara görə, Türkiyədə baş vermiş zəlzələ nəticəsində 12 873 adam həlak olub, 62 937 nəfər yaralanıb.
Cüdoçularımız Avropa Kubokunda birinci yeri tutdu
Azərbaycan cüdoçuları Sloveniyanın Podçetrtek şəhərində keçirilən böyüklər arasında Avropa Kubokunda medal əyarına görə ilk sırada yer alıblar. Elchi.az xəbər verir...