Türkiyənin Bursa şəhərində təlim təyyarəsinin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.
Elchi.az xəbər verir ki, Bursa valisi Yaqub Canpolat təyyarə qəzasında pilotun və pilot təlimi alan şəxsin öldüyünü açıqlayıb.
O, iki evə və iki avtomobilə ziyan dəydiyini, yaralanan olmadığını bildirib.
Vali qəzanın texniki səbəblərdən baş verdiyini ehtimal etdiklərini də əlavə edib.
***
16.36
Bursada Yunuseli aeroportunun yaxınlığında tək mühərrikli təyyarə qəzaya uğrayıb.
Elchi.az NTV-yə istinadən xəbər verir ki, evlərin arasında küçəyə çırpılan təyyarə yanmağa başlayıb.