Türkiyədə Azərbaycan hərbçilərinin də iştirak etdiyi “Nusret-2023” beynəlxalq hərbi təlimləri çərçivəsində şərti minalar zərərsizləşdirilib.
Elchi.az xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.
Bildirilib ki, C-130 tipli təyyarə ilə havadan dənizə mina düzülüb. Sonra dalğıclar həmin minaları zərərsizləşdirib.
Həmçinin, şərti əməliyyat zamanı yaralanan şəxsi heyətin təxliyəsi həyata keçirilib.
Qeyd edək ki, təlimlərdə Azərbaycanla yanaşı, Bəhrəyn, Braziliya, Bolqarıstan, Cənubi Koreya, Filippin, Küveyt, Malaziya, Pakistan və Oman iştirak edir.
Əlavə edək ki, təlimlər sabah, dekabrın 6-da başa çatacaq.
“Əlaçı” təqaüd proqramının qalibləri arasında UNEC tələbələri yenə liderdir
“PAŞA Holdinq” və “PAŞA Sığorta”nın həyata keçirdiyi “Əlaçı” təqaüd proqramının 2026-cı il üçün nəticələri açıqlanıb. Ötən illərdə olduğu kimi, bu...





















Son şərhlər