Türkiyə Rusiyanın taxıl sazişinin uzadılması perspektivinin olmaması ilə bağlı mövqeyi ilə tanış olub və BMT ilə problemlərin həlli istiqamətində işi davam etdirməyə hazır olduğunu bildirib. Elchi.az xəbər verir ki, bu barədə RİA Novosti Qara dəniz təşəbbüsü üzrə iş və danışıqlarla tanış olan mənbəyə istinadən məlumat yayıb.
“Bəli, xəbərdarıq. Bu təşəbbüs ətrafında vəziyyət mürəkkəbdir, biz problemlərdən xəbərdarıq, onların problemlərin həll edilməsi üçün BMT ilə birgə işləməyə davam edirik”.
Qeyd edək ki, bundan əvvəl Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya jurnalistlərə müsahibəsində taxıl müqaviləsinin uzadılması perspektivinin olmadığını bildirmişdi.
Havar Şəfiyeva