İsveçin NATO-ya üzvlüyünün təsdiqlənməsi prosesində Türkiyəyə təzyiqlər qəbuledilməzdir və faydasızdır. Elchi.az xəbər verir ki, bu barədə RİA Novosti ilə söhbətində Türkiyə prezident administrasiyasındakı mənbə bildirib.
Onun sözlərinə görə, Stokholm hələlik bütün öhdəlikləri yerinə yetirməyib. “Bu məsələdə Türkiyəyə hər hansı təzyiq qəbuledilməzdir. Cənab prezident [Rəcəb Tayyib Ərdoğan] artıq bu cür niyyətlərin puç olduğunu bəyan edib”.
Agentliyin həmsöhbəti əlavə edib ki, Türkiyənin bu qərarı İsveçin öz öhdəlikləri çərçivəsində atacağı addımları əks etdirəcək.
Daha əvvəl İsveçin xarici işlər naziri Tobias Billström ölkəsinin Türkiyənin NATO üzvlüyünü oktyabrda Türkiyə parlamentinin iclasında ratifikasiya edəcəyinə ümidli olduğunu bildirmişdi. departament rəhbəri xatırladıb ki, NATO-nun iyul sammitində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin alyansa daxil olmaq ərizəsinə oktyabrda parlament tərəfindən baxılmasına razılıq verib.
Havar Şəfiyeva