Türkiyə əsgərinin başına çuval keçirən general

🗓 25.09.2014 00:45 ✍️ "Elçi" qəzeti
Türkiyə İŞİD-ə qarşı hərbi əməliyyatlara başlasa, ABŞ-lı general-leytenant Vilyam Meyvil ilə birlikdə 1411583650mübarizə aparacaq.   Axar.az xəbər verir ki, general-leytenant Meyvil Türkiyəyə tanış şəxsdir. Meyvil 2003-cü ildə Şimali İraqda Türkiyə əsgərlərinin başına çuval keçirilməsi əmrini vermişdi.   Hal-hazırda Meyvil ABŞ Baş Qərargah Rəhbərliyində əməliyyatlar üzrə direktordur. İŞİD-ə qarşı yaradılan koalisiyada iştirak edən ən önəmli şəxslərdən biri hesab edilir. Əgər Türkiyə İŞİD-ə qarşı beynəlxalq koalisiyada iştirak etsə, türkiyəli əsgərlərin başına çuval keçirən amerikalı zabitlə çiyin-çiyinə çalışacaq. Qeyd edək ki, dünən Pentaqonda təşkil edilən mətbuat konfransında general-leytenant Meyvil İŞİD-ə qarşı aparılan əməliyyatlarla bağlı məlumat vermişdi. Əfqanıstandakı hərbi əməliyyatlarda iştirak edən Meyvilin ABŞ Baş Qərargah rəhbəri vəzifəsinə qədər yüksəlmək ehtimalı var.  

Bənzər yazılar