Paşa Yaqub: Hindistanda qəzaya uğrayan sərnişin təyyarəsində riyazi qanunauyğunluq var – MARAQLI CƏDVƏL

Xəbər verildiyi kimi, bu gün Hindistanda göyərtəsində 250 sərnişinin olduğu “Boeing-787” təyyarəsi qəzaya uğradı. Nəticədə xeyli insan həyatını itirdi.
Təyyarə qəzalarını araşdıran elmi-lədun bilicisi, həkim Paşa Yaqub maraqlı məqamlara toxunub.
Elchi.az onun fikirlərini oxuculara təqdim edir:
- Son dövrlərdə baş verən demək olar ki, bütün təyyarə qəzalarının üzərindəki marka bir qayda olaraq Günəş (yaxud Ay) tutulmasından keçən günlərin sayını göstərir (bunu sübut edən cədvəli aşağıda təqdim edirik). Bu gün Hindistanda baş verən təyyarə qəzası da bu qəbildəndir. Belə ki, bu gün 20 aprel 2023-cü il tarixli Günəş tutulmasının 787-ci (!) günüdür ki, bu da təyyarənin üzərinə həkk olunub.
Xatırladaq ki, Bankonq-Vyana reysində uçan eyni markalı (“Boeing-787”) təyyarə keçən ilin 1 sentyabrında Bakıya məcburi eniş etdi. Bu gün həmin hadisənin 286-cı günüdür. Elmi-ləduna görə 286 ədədi Kəbədə saxlanan orjinal Quranın səhifələrinin sayı olmaqla, həm də Yaradanın rəqəmsal imzası olaraq, bütün təyyarə qəzalarının üzərində görünür (qəzalar bir qayda olaraq 286 ədədi ilə biri-birinə bağlanır). Bugünkü qəza da 286 ədədi ilə Bakıda baş verən qəza enişinə bağlanması, onun insan oğluna İlahi bir mesaj olduğunu sübut edir. Bunu nəzərə alıb, bəşəriyyət günahlardan, müharibələrdən, pis əməllərdən... çəkinməli və sülh və əminamanlıq şəraitində yaşamağa çalışmalıdır.