Beynəlxalq tərəfdaşlar Ukraynaya dəstək üçün gələcək transatlantik birliyin vacibliyini qeyd ediblər.
Kanadanın baş naziri Castin Trüdo və Fransa prezidenti Emmanuel Makron Ukraynanın müdafiə ehtiyaclarının təmin edilməsi və müharibədən sonrakı bərpa işlərini müzakirə ediblər.
Elchi.az xəbər verir ki, bu barədə “Ukrinform” agentliyi Kanada hökumətinin ofisinə istinadən məlumat yayıb .
Baş nazir və prezident Ukraynanın müdafiə və uzunmüddətli bərpa ehtiyaclarına dəstək üçün davamlı transatlantik birliyin vacibliyini qeyd ediblər.
Söhbət zamanı Ukraynanın beynəlxalq tərəfdaşları Rusiya Federasiyasını vəhşi təcavüzə görə cavabdehlik daşıyacaqlarını, həmçinin Rusiyanın Ukraynadakı müharibəsindən ən çox zərər çəkənlərə dəstək verəcəklərini öhdələrinə götürüblər. Trudeau və Macron həmçinin G7 səviyyəsində dezinformasiya ilə mübarizə mövzusunu qaldırıblar.
Nuranə Məmmədova