Rusiya Xarici İşlər Nazirliyi yeni BMT Baş katibinin əsas vəzifəsini açıqlayıb.
Elchi.az xəbər verir ki, Moskva ümid edir ki, yeni BMT Baş katibi hazırkı Baş katib Antonio Quterreşin dəhşətli səhvlərini düzəltmək üçün çalışacaq. RİA Novosti agentliyinin məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Onun fikrincə, təşkilatda dəyişiklik lazımdır.
“Biz gözləyirik ki, BMT Katibliyinin gələcək rəhbəri Antonio Quterreşin və onun sözdə komandasının BMT-ni əsl böhrana salan dəhşətli səhvlərini düzəltmək üçün hərtərəfli iş aparacaq”, – deyə o, brifinq zamanı bildirib.
Məryəm





















