ABŞ Prezidenti Donald Trampın administrasiyası Rusiyaya qarşı sanksiyaların ləğvi haqqında sərəncam hazırlayıb.
Bu sözləri öz Tvitter səhifəsində “Atlantik Şurası” analitik mərkəzinin eksperti Fabris Potye öz etibarlı mənbələrinə istinadlanaraq paylaşıb. Potyenin sözlərini artıq “Politiko” qəzetinin əməkdaşı Syuzan Qlasser də öz Tvitter səhifəsində təsdiqləyib. Hələlik məhz hansı sanksiyaların ləğv olunacağı bilinmir.
Qeyd edək ki, sabah Trampla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olacaq.