ABŞ prezidenti Donald Tramp Venesuelaya səfər edəcəyini istisna etməyib.
Elchi.az xəbər verir ki, Amerika lideri yanvarın 11-də axşam jurnalistlərin Venesuelaya səfər edib-etməyəcəyi ilə bağlı suallarını cavablandırarkən deyib:
“Mən nə vaxtsa düşünürəm”.
Yanvarın 3-də Venesuelanın xarici işlər naziri İvan Gil Pinto ABŞ-ın Karakasda mülki və hərbi obyektlərə hücum etdiyini açıqlayıb. O, Vaşinqtonun hərəkətlərini hərbi təcavüz adlandırıb. Venesuelada fövqəladə vəziyyət elan edilib.
Tramp daha sonra zərbələri təsdiqləyib və Venesuela prezidenti Nikolas Maduronun və onun həyat yoldaşının tutularaq ölkədən çıxarılmasını elan edib. Onlar ABŞ-a təhvil verilib, onların məhkəməsi Nyu-Yorkda davam edir. Tramp bəyan edib ki, Birləşmiş Ştatlar Venesuelaya müvəqqəti nəzarəti öz üzərinə götürəcək.
Bundan başqa, ABŞ baş naziri Vaşinqtonun Karakasdan Amerika neft şirkətləri üçün təzminat alacağına əminliyini ifadə edib. Ağ Ev rəhbəri söz verib ki, bu şirkətlər Venesuelanın neft infrastrukturunu bərpa etmək üçün vəsait ayıracaqlar.
Yeganə





















