ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahu telefonla danışıblar.
Elchi.az xəbər verir ki, İsrail Baş Nazirinin Ofisi ABŞ prezidenti Donald Trampın telefon danışığı zamanı Baş nazir Benyamin Netanyahunu Vaşinqtona dəvət etdiyini açıqlayıb. Qeyd olunub ki, Netanyahu və Tramp HƏMAS-ın tərksilah edilməsi, Qəzzanın silahsızlaşdırılması və İbrahim Sazişlərinin genişləndirilməsi məsələlərini müzakirə ediblər.
Şayəstə





















