ABŞ Prezidenti Donald Tramp Suriyanın qısa müddətdə uzun bir yol qət etdiyini qeyd edərək dedi: “Mən ona (Suriya Prezidenti Əhməd Şara) böyük etimad bəsləyirəm”.
Elchi.az xəbər verir ki, ABŞ Prezidenti Tramp Ağ Evdə keçirilən tədbirdə mətbuatın cari hadisələrlə bağlı suallarını cavablandırdı.
Suriyadakı son hadisələr barədə soruşulduqda Tramp dedi: “Düşünürəm ki, Suriya qısa müddətdə uzun bir yol qət edib. Suriyanın yeni lideri (Əhməd Şara) üç həftə əvvəl burada idi. O, ölkəsini düzəltməyə və xalqını bir araya gətirməyə həqiqətən can atır. Bu, asan iş deyil. Orada əsrlər boyu davam edən problemlər var, amma düşünürəm ki, o, işi görəcək. Mən ona böyük etimad bəsləyirəm”.
ABŞ Prezidenti Tramp 10 noyabrda Ağ Evdə Suriya Prezidenti Şara ilə qapalı görüş keçirib.
Görüşdə Suriyaya qarşı sanksiyaların ləğvindən tutmuş regional məsələlərə qədər geniş mövzular əhatə olunduğu bildirilir. Şaranın Trampla görüşü Suriya dövlət başçısı ilə ABŞ prezidenti arasında Ağ Evdə ilk görüş kimi qeydə alınıb.
Şayəstə





















