Donald Tramp İranın ABŞ-la danışıqları davam etdirməsini gözlədiyini bildirib və bundan imtina edəcəyi təqdirdə ciddi nəticələrlə bağlı xəbərdarlıq edib.
Elchi.az xəbər verir ki, o, razılaşmaya ümid etdiyini vurğuladı, lakin Tehranın nüvə silahı əldə etməsi ehtimalını istisna etdi.
Bundan əvvəl İran parlamentinin spikeri Məhəmməd Bağer Qalibaf bəyan etmişdi ki, Vaşinqton ona təzyiq göstərməyə davam etdiyi və yeni qüvvələr balansı nümayiş etdirməyə hazır olduğu müddətdə İran danışıqlara getməyəcək.
İki tərəf arasında aprelin 11-də İslamabadda keçirilən danışıqlarda razılıq əldə olunmayıb. Müzakirələrin yeni mərhələsinin mümkünlüyü açıq olaraq qalır.
Yeganə





















