ABŞ Prezidenti Donald Tramp bəyan etdi: “ABŞ sisteminin tam bərpa olunması üçün bütün üçüncü dünya ölkələrindən immiqrasiyanı birdəfəlik dayandıracağam”.
Elchi.az xəbər verir ki, Tramp ABŞ-da yerləşən Truth Social hesabında immiqrasiya siyasəti ilə bağlı açıqlama verdi.
ABŞ-ın texnoloji cəhətdən inkişaf etmiş olduğunu, lakin immiqrasiya siyasətinin bu nailiyyətləri sarsıtdığını iddia edən Tramp dedi: “ABŞ sisteminin tam bərpa olunması üçün bütün üçüncü dünya ölkələrindən immiqrasiyanı birdəfəlik dayandıracağam”.
Tramp həmçinin keçmiş ABŞ Prezidenti Co Bayden və onun administrasiyası tərəfindən ölkəyə “qanunsuz” qəbullara son qoyacağını və “ABŞ-a töhfə verməyən və ölkəmizi sevməyənlərin” geri göndəriləcəyini bildirdi.
Tramp qeyri-vətəndaşlara verilən bütün federal yardımların dayandırılacağını vurğulayaraq, “Təhlükəsizlik riski yaradan və ya Qərb sivilizasiyasına uyğunlaşa bilməyən bütün xarici vətəndaşları deportasiya edəcəyəm” elan etdi.
Şayəstə





















