ABŞ prezidenti Donald Tramp Ağ Evdə tanınmış texnoloji rəhbərləri qəbul edərkən, İlon Maskın şam yeməyində olmaması diqqət çəkib.
Elchi.az xəbər verir ki, Tramp ölkənin bir çox aparıcı texnologiya şirkətlərinin yüksək səviyyəli rəhbərlərini Ağ Evdə şam yeməyində qonaq edib.
Tesla və SpaceX şirkətlərinin sahibi və Trampla yaxın əlaqələri ilə tanınan Mask orada olmayıb.
Tramp şam yeməyində etdiyi çıxışda süni intellektə qoyulan investisiyaları xüsusilə tərifləyərək, ABŞ-ın bu sahədə Çini qabaqladığını bildirib.
Yeməkdə çıxış edən şirkət rəhbərləri texnologiya sərmayələrinə verdiyi dəstəyə və töhfələrinə görə Trampa təşəkkür edib, həmçinin süni intellektə yeni sərmayələrini qeyd ediblər.
Daha əvvəl mətbuata qapalı olacağı açıqlanan tədbir şam yeməyindən qısa müddət əvvəl mətbuata açıldı və kameralar Tramp və texnologiya liderlərini bir yerdə çəkdi.
Şayəstə Hüseynova






















Son şərhlər