Polşanın baş naziri Donald Tusk ölkəsinin Ukraynaya qoşun yeritməyəcəyini və müharibə bitdikdən sonra bu mövqenin dəyişməyəcəyini bəyan edib.
Elchi.az xəbər verir ki, Polşa milli mətbuatının məlumatına görə, baş nazir Tusk Fransanın paytaxtı Parisdə keçirilən İradəli Liderlər Koalisiyasının Zirvə Toplantısına qatılıb.
Zirvə toplantısından sonra jurnalistlərə açıqlamasında Tusk, “Müharibə bitdikdən sonra da Polşa əsgərlərinin Ukraynaya göndəriləcəyini düşünmürəm” deyib.
Tusk Polşanın mövqeyinin görüşdə iştirak edən tərəflər tərəfindən müsbət qarşılandığını və ölkəsinin kritik bir logistika mərkəzi vasitəsilə Ukraynaya beynəlxalq yardımı koordinasiya etdiyini, son dərəcə vacib bir vəzifə olduğunu vurğuladı.
Baş nazir Tusk, danışıqlarda Ukrayna üçün təhlükəsizlik təminatlarının sadəcə sözdə deyil, konkret və praktik xarakter daşımasının təmin edilməsinin müzakirə edildiyini bildirərək, “Ukrayna Avropanın verdiyi vədləri yerinə yetirdiyini görməlidir” dedi. Tusk qeyd edib ki, sammit zamanı liderlərin ABŞ prezidenti Donald Trampla telefon danışığı zamanı Rusiya prezidenti Vladimir Putini danışıqlara razı salmağın yolları müzakirə olunub və Avropa və ABŞ-ın səylərinə baxmayaraq, heç kimin konkret nəticələrin olmamasından məyusluğunu gizlətmədiyini bildirib. Tusk əlavə edib ki, koalisiya üzvlərinin həmrəyliyi, qətiyyəti və güclü əməkdaşlığı onda dərin təəssürat yaradır.
Şayəstə Hüseynova






















Son şərhlər