“Məlumdur ki, “Facebook”- da hər videonu yaymaq və paylaşmaq qadağandır. Eləcə də digər sosial şəbəkələr. “TikTok”dan fərqli olaraq, o sosial şəbəkələr hər videonun yayılmasına icazə vermir. Ancaq “TikTok”da istənilən video paylaşılır”-bu sözləri Elchi.az saytına açıqlamasında ” Vəfa Sosial Problemlərin Həllinə Dəstək İctimai Birliyi”-nin rəhbəri Fatimə Hacıbəyli deyib.
O, müsahibəsində bu sosial şəbəkədən daha çox gənclər və uşaqların istifadə etdiyini qeyd edib.
“Bu da gələcəyimizi təhlükə altına atmış olur. Ona görə də mən “TikTok”-un əlehinəyəm.
TikTok” sosial və təhlükəsizlik problemləri yaratmaqla yanaşı, cəmiyyətdə, xüsusən uşaqlarda ciddi psixoloji fəsadlar da törədir. Bu şəbəkə insan psixologiyasına mənfi təsir edir: “Texnologiya inkişaf etdikcə, hər kəs bu vasitələrdən istifadə etməklə bir-birini çəkib paylaşır və həmçinin bu yolla şantaja əl atır. Bu da şantaj olunan tərəfi hətta intiharına qədər gətirib çıxarır.
Tik tok Dəyərlərimizi məhv edən təbliğat meydanıdır. Zərəri faydasından min dəfə çoxdur. İstənilən vaxt bir ölkədə təxribatlar və vətəndaş müharibələri törətmək gücündədirlər”.
Havar Şəfiyeva