ABŞ Xəzinədarlığının rəhbəri Kiyevə 1,25 milyard dollar məbləğində yardımın birinci tranşının köçürüldüyünü açıqlayıb.
Vaşinqton Ukraynaya əvvəllər ayrılmış 9,9 milyard dollar həcmində iqtisadi yardımdan bir milyard dollardan çox məbləğdə birinci tranşı köçürüb. Elchi.az RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Canet Yellen məlumat verib.
ABŞ departamenti qeyd edib ki, Yellen Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşündə Vaşinqtonun yardımını müzakirə edib. Qeyd olunur ki, tam məbləğ 2023-cü ilin üçüncü rübünün sonuna qədər Ukrayna tərəfinə veriləcək.
Havar Şəfiyeva