"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

İlham Əliyev Lavrovu qəbul etdi

27 Fevral 2023 - 22:24
in GÜNDƏM
FacebookVatsap

Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul edib.

Bunu da oxuyun

Mətbuat Şurasından 225 nömrəli məktəbdəki hadisəyə REAKSİYA

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

Sabah Bolqarıstanda prezident seçkilərinə səsvermə keçiriləcək

Elchi.az xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:

– Hörmətli Sergey Viktoroviç, sizi yenidən görməyə şadam. Azərbaycana xoş gəlmisiniz. Yaxşı bir ənənədir ki, artıq illər boyu biz sizi qəbul edirik. Bizim nazir də mütəmadi surətdə sizin ölkədə olur. Sizin səfəriniz ötən il fevralın 22-də Moskvada imzalanmış və ölkələrimiz arasında münasibətlərin inkişafında çox əlamətdar və mühüm addım olan müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin birinci ildönümünə həsr edilib. Bu Bəyannamə mahiyyət etibarilə bizim münasibətlərimizin ruhunu və xarakterini, əlaqələrimizin formalaşmış müsbət resursunu əks etdirir, gələcək illərdə qarşılıqlı fəaliyyətin yollarını müəyyənləşdirir.

Deməliyəm ki, ötən il münasibətlərimizin çox dinamik xarakteri ilə əlamətdar olub. Prezidentlər səviyyəsində bir neçə görüş olub, həmçinin siz Azərbaycana, həmkarınız isə Rusiyaya səfər edib. Ölkələrimizin hökumətlərinin və parlamentlərinin sədrlərinin qarşılıqlı səfərləri olub, digər rəsmi şəxslərin səfərləri də. Bunlar onu göstərir ki, münasibətlərimiz tamdəyərli şəkildə inkişaf edir, çox mühüm məsələlər həll olunur və düşünürəm ki, biz bu ilə yaxşı təməl ilə qədəm qoyuruq. İlin əvvəlində bizə səfər etməyiniz də bu il qarşılıqlı fəaliyyətimizə xüsusi dinamika verəcək.

Bizi birləşdirən fəaliyyət sahələrini sadalamağa başlasaq, yəqin ki, çox vaxt tələb olunacaq. Bizdə hələlik işlərin o qədər də fəal getmədiyi sahələri saymaq olar. Lakin bu da diqqətimizdən kənarda qalmır. Buna görə ənənəvi qarşılıqlı fəaliyyət sahələrində – siyasi dialoq, energetika, nəqliyyat, ticarət, humanitar əməkdaşlıq və müttəfiqlik qarşılıqlı fəaliyyət səviyyəsinə çatdırmalı olduğumuz sahələrdə də ciddi qarşılıqlı addımlara ümid bəsləyirik.

Onu da məmnuniyyətlə qeyd etmək istərdim ki, ölkələrimizin vətəndaşlarının qarşılıqlı səfərlərinin koronavirusdan əvvəlki dinamikası bərpa olunur. Buna parlaq sübut odur ki, mənə bu gün təqdim edilən informasiyaya görə, hər həftə Rusiya və Azərbaycan aviadaşıyıcıları 135 reys yerinə yetirir. Yəni, mənim fikrimcə, bu rekord göstərici ona dəlalət edir ki, ölkələrimizin vətəndaşları böyük məmnuniyyətlə bir-birini ziyarət edirlər.

Əlbəttə, bu gün biz regional təhlükəsizliklə bağlı məsələlər haqqında da danışacağıq. Ümidvaram ki, 2023-cü il Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasında irəliləyiş ili olacaq. Hər halda biz buna ümid edirik. Bu prosesdə fəal iştiraka görə Rusiya hökumətinə və şəxsən sizə təşəkkürümü bildirmək istərdim. Düşünürəm ki, Rusiya bizim dostumuz, müttəfiqimiz və qonşumuz kimi Azərbaycan ilə Ermənistan arasında dövlətlərarası münasibətlərin nizamlanmasına kömək işində xüsusi rola malikdir. Ötən il bu istiqamətdə mühüm səy göstərilib, gələcək sülh müqaviləsinin konseptual xarakterini, məhz iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin qarşılıqlı tanınmasını müəyyən edən sənədlər qəbul olunub. Bu, ötən ilin oktyabrında Praqada və Soçidə qəbul edilmiş sənədlərlə təsdiqlənib. Bu sənədlər sülh müqaviləsinə nail olmaq üçün istifadə edilə bilən təməldir. Hər halda biz bu düşmənçilik səhifəsini tezliklə çevirmək və Cənubi Qafqaza sülhü qaytarmaq üçün Ermənistan tərəfi ilə, bizim dostumuz və qonşumuz Rusiya tərəfi ilə müsbət və konstruktiv iş aparmaq əzmindəyik.

Əlbəttə, bizim münasibətlərimizin və bugünkü danışıqlarımızın gündəliyi mənim haqqında danışdığım istiqamətlərlə məhdudlaşmır. Buna görə gündəliyi ətraflı nəzərdən keçirəcəyik. Əminəm ki, səfərin nəticələri həmişəki kimi müsbət olacaq. Bir daha xoş gəlmisiniz.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov dedi:

– Çox sağ olun, hörmətli İlham Heydər oğlu. İlk növbədə, Prezident Putinin səmimi salamlarını və dostcasına arzularını çatdırıram. O, bizim müttəfiqlik qarşılıqlı fəaliyyətimizin inkişafına şəxsən xüsusi diqqət yetirir. Sizin dediyiniz kimi, bu günlərdə biz ötən il Sizin Rusiya Federasiyasına səfəriniz zamanı müvafiq Bəyannamənin imzalanmasının ildönümünü qeyd edirik. Şübhəsiz ki, bu Bəyannamə qarşılıqlı fəaliyyətin əldə olunmuş səviyyəsini təsbit etdi və onun dərinləşməsi, keyfiyyətcə yeni səviyyəyə çıxarılması yollarını müəyyən etdi. Sizin xatırlatdığınız kimi, praktiki əməkdaşlıq, həqiqətən, bütün istiqamətlər üzrə çox səmərəli və intensiv inkişaf edir. Buraya həm Sizin Rusiya Federasiyasının Prezidenti ilə mütəmadi təmaslarınız, iki ölkənin hökumətlərinin sədrləri və nazirlər arasında görüşlər daxildir.

Biz, həmkarım – Azərbaycanın xarici işlər naziri Ceyhun Əziz oğlu Bayramovla daim əyani və indi deyildiyi kimi, onlayn təmaslarda oluruq. Həm də şübhəsiz ki, bizim iqtisadi əməkdaşlığımızın göstəricisi olan əmtəə dövriyyəsi də rekord səviyyələrə çatır və bu, son hədd deyil. Çünki Siz Prezident Putinlə təkcə ikitərəfli deyil, həm də regional və hətta qlobal xarakter daşıyacaq bir neçə meqalayihənin hazırlanmasını müzakirə etmisiniz. Bu layihələrə sizin və bizim bir çox tərəfdaşlarımız maraq göstərir. Bu da Rusiya və Azərbaycanın liderlər kimi iştirakı ilə bu regionda qarşılıqlı fəaliyyətin necə perspektivli olduğunu göstərir.

Əlbəttə, biz mədəni əlaqələrin inkişafında maraqlıyıq. Bizim əlamətdar günlərimiz az deyil. Ötən il diplomatik münasibətlərin 30 illiyini, bu il müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin birinci ildönümünü qeyd etdik. Yazda biz Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 illiyini qeyd edəcəyik. Bizdə azərbaycanlı dostlarımızla birgə silsilə tədbirlər planlaşdırılır. Əminəm ki, həmin tədbirlər vətəndaşlarımızın bir-birinə, tarixə və bu ortaq tariximizin indiyə qədər davam edən, ölkələrimiz arasında dostluq, ailəvi və qohumluq əlaqələrini saxlamağa kömək edən səhifələrinə qarşılıqlı marağı nümayiş etdirəcək.

Sizinlə tamamilə razıyam ki, vətəndaşlarımızın səfərlərinin bərpa olunması göstəriciləri bu vəziyyəti, humanitar və təhsil sahələrində əlaqələri inkişaf etdirməyə çalışmağımızı bir daha vurğulayır. Biz rus dilinin dəstəklənməsinə, bunu arzu edən Azərbaycan vətəndaşlarının həm özlərinin rus dilində danışmaları və işdə bu dildən istifadə etmələri, həm də öz uşaqlarına bu imkanı vermələri üçün hər cür şəraitin yaradılmasına şəxsən Sizin və hökumətinizin diqqətini çox yüksək qiymətləndiririk.

Hörmətli İlham Heydər oğlu, Sizin vurğuladığınız kimi, heç şübhəsiz, regional təhlükəsizlik bizim həm ikitərəfli, həm də çoxtərəfli münasibətlərimizdə olduqca aktual mövzu kimi qalır. Bizim beynəlxalq həmkarlarımızın çoxu, o cümlədən bu regiondan uzaqda yerləşənlər Azərbaycan ilə Ermənistan arasında münasibətlərin nizamlanması yolunda irəliləyişə şərait yaratmağa böyük maraq göstərirlər. Prezident Putinin dəfələrlə dediyi kimi, biz vəziyyətin sabitləşməsi, bu regionda yerləşən bütün ölkələrin normal, qarşılıqlı hörmət və qarşılıqlı fayda əsasında öz ölkələrinin və xalqlarının mənafeləri naminə əməkdaşlıq etmək imkanları olması üçün şərait yaradılmasına yönəlmiş bütün səyləri alqışlayırıq.

Məni qəbul etdiyinizə görə Sizə səmimi-qəlbdən təşəkkür edirəm və əminəm ki, bu səfər Prezident Putin ilə Sizin müəyyənləşdirdiyiniz istiqamətlər üzrə irəliləməyə kömək edəcək.

Prezident İlham Əliyev: Çox sağ olun, Sergey Viktoroviç. Mən də Sizdən xahiş etmək istərdim ki, mənim salamlarımı və ən xoş arzularımı Vladimir Vladimiroviç Putinə çatdırasınız, həmçinin Heydər Əlirza oğlu Əliyevin xatirəsinə bu cür xoş münasibətə görə təşəkkürümü bildirəsiniz. Biz bunu çox yüksək qiymətləndiririk. Sağ olun.

Previous Post

İlham Əliyev Lavrovu qəbul etdi

Next Post

ABŞ polkovniki Makqreqor: Putin Rusiyanı Qərbin maliyyə diktəsindən xilas etdi

Bənzər yazılar

Mətbuat Şurasından 225 nömrəli məktəbdəki hadisəyə REAKSİYA

Mətbuat Şurasından 225 nömrəli məktəbdəki hadisəyə REAKSİYA

29 Oktyabr 2026 - 13:27

Bakı şəhəri Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə şagirdin ölümü ilə nəticələnən faciəli hadisə və bundan sonra baş...

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

24 Oktyabr 2026 - 12:07

Azərbaycan Xarici İşlər Nazirliyi İordaniyanın Kərək şəhərində kilsəyə silahlı hücumla bağlı bu ölkəyə başsağlığı verib. Elchi.az xəbər verir ki, bu...

Sabah Bolqarıstanda prezident seçkilərinə səsvermə keçiriləcək

Sabah Bolqarıstanda prezident seçkilərinə səsvermə keçiriləcək

24 Oktyabr 2026 - 11:39

Sabah Bolqarıstanda prezident və vitse-prezident seçkiləri üzrə səsvermə keçiriləcək. Elchi.az xəbər verir ki, prezident və vitse-prezident vəzifələri uğrunda 27 namizəd cütlüyü...

Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edilib – SƏRƏNCAM

Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edilib – SƏRƏNCAM

23 Oktyabr 2026 - 12:29

Fərhad Qurban oğlu Xəlilov “İstiqlal” ordeni ilə təltif edilib. Elchi.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb....

Next Post
ABŞ polkovniki Makqreqor: Putin Rusiyanı Qərbin maliyyə diktəsindən xilas etdi

ABŞ polkovniki Makqreqor: Putin Rusiyanı Qərbin maliyyə diktəsindən xilas etdi

ABŞ polkovniki Makqreqor: Putin Rusiyanı Qərbin maliyyə diktəsindən xilas etdi

ABŞ polkovniki Makqreqor: Putin Rusiyanı Qərbin maliyyə diktəsindən xilas etdi

Son xəbərlər

Mehriban Əliyeva “Qağayı” tamaşasının təqdimatında iştirak edib

Mehriban Əliyeva “Qağayı” tamaşasının təqdimatında iştirak edib

29 Oktyabr 2026 - 23:40
“Google”un ana şirkəti bir sutka ərzində rekord həcmdə — 477 milyard dollar itirib

“Google”un ana şirkəti bir sutka ərzində rekord həcmdə — 477 milyard dollar itirib

29 Oktyabr 2026 - 22:27
İrəvan yaxınlığında qazdoldurma məntəqəsində partlayış baş verib

İrəvan yaxınlığında qazdoldurma məntəqəsində partlayış baş verib

29 Oktyabr 2026 - 22:25
İspaniyada qatarların toqquşmasından sonra ölənlərin sayı 74 nəfərə çatıb

İspaniyada qatarların toqquşmasından sonra ölənlərin sayı 74 nəfərə çatıb

29 Oktyabr 2026 - 21:07
Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

29 Oktyabr 2026 - 20:21
IRIB: İran Cey Di Vensin məktubuna cavab verməyib

IRIB: İran Cey Di Vensin məktubuna cavab verməyib

29 Oktyabr 2026 - 20:18
İran HDQ: Hörmüz boğazında neft tankeri minaya düşüb

İran HDQ: Hörmüz boğazında neft tankeri minaya düşüb

29 Oktyabr 2026 - 19:49
Xorvatiyada Qərbi Nil virusu alovlanır: 25 yoluxma, 1 ölüm

Xorvatiyada Qərbi Nil virusu alovlanır: 25 yoluxma, 1 ölüm

29 Oktyabr 2026 - 19:29
Xalq artisti Zaur Rzayev vəfat edib

Xalq artisti Zaur Rzayev vəfat edib

29 Oktyabr 2026 - 19:15
Baş prokuror Kamran Əliyev Keniya Respublikasının Dövlət Prokurorluğunun direktoru ilə görüşdü

Baş prokuror Kamran Əliyev Keniya Respublikasının Dövlət Prokurorluğunun direktoru ilə görüşdü

29 Oktyabr 2026 - 19:07
“Azəristiliktəchizat” 9 ayda istilik enerjisi istehsalını 4 %-dən çox artırıb

“Azəristiliktəchizat” 9 ayda istilik enerjisi istehsalını 4 %-dən çox artırıb

29 Oktyabr 2026 - 19:00
Sabah Masallının bu kəndlərində qaz olmayacaq

Sabah Masallının bu kəndlərində qaz olmayacaq

29 Oktyabr 2026 - 18:45
“Google”dan yeni flaqman: “Gemini 4 Carbon” təqdim olundu

“Google”dan yeni flaqman: “Gemini 4 Carbon” təqdim olundu

29 Oktyabr 2026 - 18:39
Ronaldu “Qızıl top”dan sonra paylaşım etdi

Ronaldu “Qızıl top”dan sonra paylaşım etdi

29 Oktyabr 2026 - 18:25
Azərbaycanın xurma ixracından gəliri azalıb

Azərbaycanın xurma ixracından gəliri azalıb

29 Oktyabr 2026 - 18:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.