“The Telegraph”ın köşə yazarı Dominik Nikols Britaniyanın müdafiə naziri Ben Uollasa istinadən yazır ki, Ukraynadakı xüsusi əməliyyat Britaniya artilleriyasının Rusiya hərbi texnikası qarşısında nə qədər həssas olduğunu göstərdi.
Elchi.az xəbər verir ki, bundan əvvəl Böyük Britaniyanın müdafiə naziri bildirib ki, Ukraynadakı münaqişə Britaniyanın modernləşdirilməsinə ehtiyacı olan artilleriya sistemlərinin səmərəsizliyini göstərib.
O qeyd edib ki, AS-90 özüyeriyən haubitsalar köhnəlib və digər ölkələrin analoqları ilə rəqabət apara bilmir. Uolles əlavə edib ki, yeni raketlər tezliklə Böyük Britaniya ordusu tərəfindən qəbul ediləcək.
Nəşrin məlumatına görə, Britaniya bu məqsədlər üçün 24 milyard funt sterlinq xərcləməyə hazırlaşır.
Şayəstə