Böyük Britaniyada aparılan yeni bir araşdırma nəticəsində xüsusi təlim keçmiş itlərin Parkinson xəstəliyini iy vasitəsilə 98%-ə qədər dəqiqliklə aşkar edə bildiyi müəyyən edilib. Üstəlik, bu diaqnostika, xəstəliyin simptomları üzə çıxmadan illər əvvəl edilə bilir.
Elchi.az xəbər verir ki, Bristol və Mançester universitetləri ilə “Medical Detection Dogs” xeyriyyə təşkilatının birgə apardığı tədqiqatda Parkinson xəstələrindən və sağlam insanlardan götürülmüş dəri ifrazatı nümunələri (sebum) müqayisə olunub. Tədqiqat Journal of Parkinson’s Disease (Parkinson Xəstəliyi Jurnalı) adlı elmi nəşrdə dərc edilib.
Araşdırmada təlim almış iki it, dəri nümunələrini iyiylə analiz edərək Parkinson xəstələrini, sağlam şəxslərdən və digər xəstəlikləri olan insanlardan uğurla ayıra bilib.
İkiqat kor sınaqlarda təsirli nəticələr
Təcrübələr tamamilə qərəzsiz – yəni “çift kor” üsulu ilə aparılıb: nə nümunələri hazırlayanlar, nə də itləri təlimləndirənlər nümunələrin kimə aid olduğunu bilməyib.
Buna baxmayaraq, itlər:
80% həssaslıqla (sensitivity) – yəni xəstələri düzgün müəyyən etmə bacarığı ilə,
98% spesifikliklə (specificity) – yəni səhvən sağlam şəxsi xəstə kimi tanımama dəqiqliyi ilə nəticə verib.
Bu da o deməkdir ki, itlər pozitiv nümunələri ayırd etmədə yüksək bacarıq göstərib və səhv müsbət nəticə vermə ehtimalları çox aşağı olub.
Şayəstə Hüseynova


















