"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Təkcə xalq deyil, tarix də qəhrəmanları sevir!

09 Avqust 2025 - 17:28
in MANŞET

Eli

FacebookVatsap

Prezident İlham Əliyevin ABŞ-a səfəri təkcə ölkəmizdə deyil, bütün dünya ictimaiyyətində böyük maraq doğurdu.

Bunu da oxuyun

Zelenski Tramp, Putin və Si Cinpin görüşünün gündəmini öyrənmək istəyir

Vuçiçdən Rusiya ilə münasibətlərə görə Avropaya SƏRT CAVAB

Tramp və Netanyahudan İrana hücum siqnalı!

Azərbaycanın müstəqillik qazandıqdan sonra ABŞ-la qurduğu qarşılıqlı və faydalı əməkdaşlıq münasibətləri zaman-zaman müxtəlif mərhələlərdən keçib. Bayden–Blinken administrasiyasının bu münasibətlərə soyuq  yanaşması, ədalətsizliyi əməkdaşlıq tellərinin zəifləməsinə səbəb olan addımlarından sonra Donald Trampın ölkə başçımızı Vaşinqtona işgüzar səfərə dəvət etməsi xüsusi əhəmiyyət daşıyırdı. Əslində, Trampın sosial media platformalarında Azərbaycan Prezidentini səbirsizliklə gözlədiyini bildirməsi, bu görüşə verdiyi önəmin və ikitərəfli münasibətlərin yeni mərhələyə qədəm qoyacağının göstəricisi idi.

Prezident İlham Əliyevin Vaşinqton səfəri İkinci Qarabağ müharibəsindən sonra yaranan yeni regional və beynəlxalq düzənin fonunda baş tutdu. Artıq Azərbaycan öz ərazi bütövlüyünü tam təmin etmiş, bölgədə yeni geosiyasi reallıqlar formalaşdırmışdı. Prezident Əliyev bu səfərdə qalib lider, regionun gələcəyini müəyyən edən əsas fiqur kimi çıxış edirdi. Vaşinqton üçün isə bu görüş Azərbaycanla münasibətlərin təkcə enerji və iqtisadi əməkdaşlıqla məhdudlaşmadığını, eyni zamanda regional sabitlik və təhlükəsizlik sahəsində də bərabərhüquqlu və strateji tərəfdaşlığın vacibliyini təsdiqləyirdi.

İkincisi, Cənubi Qafqazda uzunmüddətli sülhün təmin olunması məsələsində ABŞ-ın daha fəal mövqe sərgiləməsi və prosesə destruktiv deyil, konstruktiv yanaşması, əvvəlki illərin münaqişə dövründə Minsk qrupu çərçivəsində işğalı əbədiləşdirməyə deyil, sülhə töhfə verməyə çalışması alqışa layiqdir.

Üçüncüsü, Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Tramp tərəfindən yüksək səviyyədə qarşılanması, Vaşinqtonda keçirilmiş üçtərəfli görüş və onun nəticəsi olaraq imzalanan Birgə Bəyannamə yalnız Azərbaycan–ABŞ münasibətlərinin inkişafına deyil, həm də regionda sülh və sabitliyə töhfə verən mühüm siyasi sənəd kimi tarixə düşdü.
Dördüncüsü, imzalanmış Birgə Bəyannamədə ATƏT-in Minsk qrupunun fəaliyyətinə son qoyulması və Naxçıvanla Azərbaycanın digər bölgələri arasında nəqliyyat əlaqələrinin təmin olunması ilə bağlı müddəaların yer alması xüsusi əhəmiyyət daşıyır. Bu, həm Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq səviyyədə tanınmasının, həm də regionda kommunikasiyaların açılması istiqamətində atılan mühüm addım kimi qiymətləndirilə bilər. Nəhayət, Ermənistan Respublikasının ərazisində həyata keçirilməsi planlaşdırılan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bağlantı layihəsi çərçivəsində Amerika Birləşmiş Ştatları və qarşılıqlı razılaşdırılmış üçüncü tərəflərlə əməkdaşlıq imkanlarının müəyyən edilməsi xüsusi önəm daşıyır. Bundan başqa Almatı Bəyannaməsinə sadiqlik, ölkəmizin beynəlxalq hüquq normalarına, xüsusilə də dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə daim hörmətlə yanaşdığını bir daha nümayiş etdirir.

 

Prezidentin ABŞ səfəri çərçivəsində Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması barədə Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunun imzalanması, ölkəmizə olan etimadın və qarşılıqlı inamın bariz göstəricisi kimi yadda qaldı.

Beləliklə, Ali Baş Komandan kimi döyüş meydanında ölkəmizin ərazi bütövlüyünü tam təmin edən İlham Əliyev Prezident kimi diplomatik masada da Azərbaycanın maraqlarını uğurla müdafiə edərək növbəti böyük zəfəri təmin etdi. Bu tarixi uğuru əldə edən ilk lider olaraq müasir Azərbaycanın inkişafında yeni mərhələ açdı və öz adı ilə Azərbaycan tarixində əbədi olaraq iz qoydu.

Təkcə xalq deyil, tarix də qəhrəmanları sevir və onların adlarını əbədi yaşadır!

Əli Həziquliyev

“Elchi.az” saytının baş redaktoru, Ədalət, Hüquq və Demokratiya (ƏHD) partiyası sədrinin müavini

Previous Post

Qalib yenə Azərbaycan oldu!

Next Post

İlham Əliyev Ərdoğana zəng etdi: Tarixi sülh razılaşması…

Bənzər yazılar

Zelenski Tramp, Putin və Si Cinpin görüşünün gündəmini öyrənmək istəyir

Zelenski Tramp, Putin və Si Cinpin görüşünün gündəmini öyrənmək istəyir

20 Oktyabr 2026 - 17:35

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və ÇXR Sədri Si Cinpin arasında keçirilməsi ehtimal...

Vuçiçdən Rusiya ilə münasibətlərə görə Avropaya SƏRT CAVAB

Vuçiçdən Rusiya ilə münasibətlərə görə Avropaya SƏRT CAVAB

20 Oktyabr 2026 - 14:52

Serbiya Rusiyaya qarşı çıxmaq istəmir və Avropaya mane olan və onun siyasi elitasını qıcıqlandıran Ukrayna münaqişəsində neytrallığı qorumağa çalışır. Elchi.az...

Tramp və Netanyahudan İrana hücum siqnalı!

Tramp və Netanyahudan İrana hücum siqnalı!

20 Oktyabr 2026 - 12:21

ABŞ-da fəaliyyət göstərən "Washington Post" qəzetinin məlumatına görə, İran Hörmüz boğazında hücumları artırmaqla ABŞ Prezidenti Donald Trampa təzyiqi gücləndirməyi hədəfləyir....

Qüdrət Həsənquliyev: “Türkiyə qarşıdurmalardan yayınmalıdır” – MÜSAHİBƏ

Qüdrət Həsənquliyev: “Türkiyə qarşıdurmalardan yayınmalıdır” – MÜSAHİBƏ

19 Oktyabr 2026 - 19:25

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev ARB24-ə müsahibə verib. Elchi.az xəbər verir ki, Qüdrət Həsənquliyev İsraildə...

Next Post

İlham Əliyev Ərdoğana zəng etdi: Tarixi sülh razılaşması...

İran Rusiya ilə birlikdə Ermənistandakı “Tramp körpüsünü” bağlamağa söz verib

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Azərbaycan məktəblərində “TikTok”a giriş məhdudlaşdırılıb

Azərbaycan məktəblərində “TikTok”a giriş məhdudlaşdırılıb

21 Oktyabr 2026 - 13:42
“Robotlar və süni intellekt ABŞ-ın dövlət borcunu həll edə bilər” – Mask

“Robotlar və süni intellekt ABŞ-ın dövlət borcunu həll edə bilər” – Mask

21 Oktyabr 2026 - 13:30
Ailə Konsepsiyası hazırlanır: Zəruri edən səbəblər

Ailə Konsepsiyası hazırlanır: Zəruri edən səbəblər

21 Oktyabr 2026 - 13:18
Azərbaycanın vergi orqanları 9 ayda 373 cinayət işi açıb

Azərbaycanın vergi orqanları 9 ayda 373 cinayət işi açıb

21 Oktyabr 2026 - 13:09
Tramp Fransadakı iğtişaşları kütləvi miqrasiya ilə əlaqələndirib

Tramp Fransadakı iğtişaşları kütləvi miqrasiya ilə əlaqələndirib

21 Oktyabr 2026 - 13:00
Mətbuat Şurasından jurnalistlərə XƏBƏRDARLIQ

Mətbuat Şurasından jurnalistlərə XƏBƏRDARLIQ

21 Oktyabr 2026 - 12:53
Ermənistan Azərbaycandan keçməklə İrana keçə bilər – Mirzoyan

Ermənistan Azərbaycandan keçməklə İrana keçə bilər – Mirzoyan

21 Oktyabr 2026 - 12:49
Noyabrda 5 günlük tətil olacaq

Noyabrda 5 günlük tətil olacaq

21 Oktyabr 2026 - 12:38
Sabah Bakıya yağış yağacaq

Sabah Bakıya yağış yağacaq

21 Oktyabr 2026 - 12:29
DYP Quba–Bakı yolunun Sulutəpə istiqamətində təmirlə bağlı sürücülərə müraciət edib

DYP Quba–Bakı yolunun Sulutəpə istiqamətində təmirlə bağlı sürücülərə müraciət edib

21 Oktyabr 2026 - 12:28
Bu il 2 565 hektar torpaq sahəsinin qanunsuz ayrılmasına dair bələdiyyə aktları ləğv edilib

Bu il 2 565 hektar torpaq sahəsinin qanunsuz ayrılmasına dair bələdiyyə aktları ləğv edilib

21 Oktyabr 2026 - 12:08
Fransada qırıcı təyyarə qəzaya uğradı: 1 ölü, 1 itkin

Fransada qırıcı təyyarə qəzaya uğradı: 1 ölü, 1 itkin

21 Oktyabr 2026 - 11:55
Komitə sədri: İşğaldan azad edilən ərazilərin bərpasına 28 milyard manat xərclənib

Komitə sədri: İşğaldan azad edilən ərazilərin bərpasına 28 milyard manat xərclənib

21 Oktyabr 2026 - 11:49
Mllli Məclisdə konfrans keçirilir

Mllli Məclisdə konfrans keçirilir

21 Oktyabr 2026 - 11:36
Ordubada qar yağıb – FAKTİKİ HAVA

Ordubada qar yağıb – FAKTİKİ HAVA

21 Oktyabr 2026 - 11:28
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.