Tayyib Ərdoğan Türkiyənin 12-ci prezidenti seçildi - yenilənib
Onun yaxın zamanlarda canlı yayında çıxışı gözlənilir
Müxbirimiz Ankaradan xəbər verir ki, müxalifət seçiklərdə total saxtalaşdırmaların olmasından şikayətçidir. "Hizmet" hərəkatına yaxın olan CİHAN Haber Ajansının məlumatları isə xeyli fərqlidir.
Seçkilərə seçicilərin qatılma faizi isə 77 faizdir.
Artıq AKP-lilər küçələrə çıxıblar və qələbə qutlamalarına başlayıblar. T. Ərdoğanın da İstanbulda, evinin qarşısına, Üsküdara çıxmasına dair görüntülər yayılıb. Daha sonra o, Haliç Konqre Mərkəzində partiya üzvlərinə 3 dəqiqəlik xitab edib, onlara təşəkkürünü bildirib. Oradan Ankaraya gələn Ərdoğanın ənənəvi "Bolkon qonuşması" gözlənilir. Hal hazırda çıxışın ediləcəyi AKP qərargahının ətrafında minlərlə AKP tərəfdarları toplanıb. Musavat.com Türkiyə tv-ləri vasitəsi ilə həmin çıxışı canlı olaraq yayınlamağı planlaşdırır.